Home / QİDA  / Piti – milli resept

Piti – milli resept

Piti Şəki rayonunda çox məhşurdur. Xüsusən də qış aylarında böyük təlabatı olan bu yeməyin reseptini sizlərə təqdim edirik. Piti hər payı ayrıca qabda bişirilir. Buna piti qabı deyilir. Piti qabı saxsı yaxud paslanmayan polad qazançadan ibarət

piti resepti

Piti Şəki rayonunda çox məhşurdur. Xüsusən də qış aylarında böyük təlabatı olan bu yeməyin reseptini sizlərə təqdim edirik.

Piti hər payı ayrıca qabda bişirilir. Buna piti qabı deyilir. Piti qabı saxsı yaxud paslanmayan polad qazançadan ibarət olur. Onun həcmi 0,8 l təşkil edir.

Piti hazırlamaq üçün hər payına lazım olanlar: qoyun əti, iri ölçülü noxud, quyruq, baş soğan,  quru alça, zəfəran, duz, istiot.

Hazırlanma qaydası:

Qoyun əti 4-5 saat soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür. Sonra həmin qazanı zəif od üzərində qoyulub tədricən bişirilir. Burada əmələ gələn kəf xüsusi kəfkirlə arabir alınmalıdır. Xörəyin hazır olmasına 30 dəqiqə qalmış yuyulmuş alça və duz qatılır, daha sonra içinə iri kub şəklində doğranmış baş soğan qatılır. Pitinin hazır olmasına 10-15 dəqiqə qalmış xırda doğranmış quyruq yağı, duz və ədviyyatlar vurulur.

Zəfəran suda dəmlənir və pitiyə bundan bir xörək qaşığı qatılır. Yemək vam odda bişirilməyə davam edir.

Süfrəyə verilmə qaydası:

Piti, bir qayda olaraq öz bişirildiyi qabda süfrəyə verilir və yanına təmiz dərin boşqab yaxud kasa qoyulur. Süfrəyə həmçinin soyulmuş baş soğan və sumaq verilir. (1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın