Home / QİDA  / İdman qidalalrının üstünlükləri

İdman qidalalrının üstünlükləri

Hətta ən kəskin tənqidçilər belə idmançıların uğurlarının 30-40%-inın düzgün seçilmiş idman qidalarından asılı olduğunu deyir. İdman qidalarından istifadə etməsəniz, zalda etdiyiniz məşq istədiyiniz nəticəni sizə verməyəcək. Təəssüf olsun ki, təbii qidalar (ət, balıq, yumurta, meyvə, tərəvəz

idman qidaları

Hətta ən kəskin tənqidçilər belə idmançıların uğurlarının 30-40%-inın düzgün seçilmiş idman qidalarından asılı olduğunu deyir.

İdman qidalarından istifadə etməsəniz, zalda etdiyiniz məşq istədiyiniz nəticəni sizə verməyəcək. Təəssüf olsun ki, təbii qidalar (ət, balıq, yumurta, meyvə, tərəvəz və sair) yetərli olmur. Burada zülal, mineral və vitaminlər arasında tarazlıq əldə etmək mümkün olmur. Həmişə bir element çox digəri isə az olacaq. Bu isə qoyduğunuz məqsədlər üçün mənfi təsir edəcək.

Əgər əvvəlki illərdə idman tozlarına münasibət “qorxulu” idi isə, hal-hazırda trenajor zalına gedən hər bir kəs bu qida əlavələrsiz istənilən nəticənin əldə edilməsinin az qala mümkünsüz olmasını başa düşür.

Məsələn, elə əzələ kütləsinə yönəlmiş proqramlar var ki, insan burada gündəlik 5-7 min kkal qəbul etməlidir. Bunun üçün isə gündə sağlam 5-7 kq qida qəbul etmək lazımdır. Məhz bu zaman idman qidaları sizlərə kömək olur, həm sadə hazırlanır, həm də tez həzm olunur.

Uzun müddət idman qidalarının “kimyəvi” olduqları barədə fikir mövcud idi. Lakin bu heç də belə deyil. Bu qidalar əslində adi məhsullardan hazırlanır, sadəcə burada bədənə lazım olan komponentlər saxlanılır, əlavə şeylər çıxardırılır. Xüsusən proteinlərdən karbohidratlar, yağlar çıxardılaraq, zülalın miqdarı lazım olan minimum səviyyəsinə qədər endirilir.

Beləliklə, idman qidalarının əsas üstünlükləri aşağdakılardır:

1. istifadə rahatlığı;
2. təbii qidalarda olmayan vitamin-mineral kompleksləri;
3. bəzi əlçatmaz təbii məhsulların əvəz edilməsi;
4. qida saatlarının optimallaşdırması;
5. daha yaxşı həzm olunması.

İdman qidaları – idman ilə məşğul olan insan üçün kompaktlaşdırılmış təbii qidalardır. Bu qidalar sizin orqanizminizi böyüməyə doğru yönəldir.

Lakin təbii qidalanmağı da unutmaq qəti olmaz. Qida əlavələri düzgün qurulmuş rasionu tamamlamalıdır. Meyvə-tərəvəzin içində olan fitokimyavi maddələr heç bir süni qida əlavəsində yoxdur və bu maddələr orqanizm üçün vacibdir.

İdman qidaları əldə etdiyiniz zaman mütxəssiz rəylərindən istifadə edin. Yaxşı olar ki, sizlər mütəxəssiz tərəfindən pəhriz göstərişlərini alasınız.

Səbrlə məşq edin və düzgün qidalanın ki, nəticə də ürəyinizcə olsun!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın