Home / SAĞLAMLIQ  / Testosteron hormonu: fayda və zərərləri

Testosteron hormonu: fayda və zərərləri

Steroid tipli bir hormon olan testesteron kişilərdə testislərdə, qadınlarda isə yumurtalıqlarda (leydinq hüceyrələrində) sintezlənir. Qadınlardan fərqli olaraq kişilərdə 20 qat artıq sintez olunur. Testosteron hormonu bədəndə əzələlərin inkişafı üçün ən əhəmiyyətli hormon sayılır. Bodibilderlər üçün testesteron

testosteron enanthate

Steroid tipli bir hormon olan testesteron kişilərdə testislərdə, qadınlarda isə yumurtalıqlarda (leydinq hüceyrələrində) sintezlənir. Qadınlardan fərqli olaraq kişilərdə 20 qat artıq sintez olunur.

Testosteron hormonu bədəndə əzələlərin inkişafı üçün ən əhəmiyyətli hormon sayılır. Bodibilderlər üçün testesteron ifrazatı əhəmiyyətlidir. Bu səbəbdən bodibildinq, fitness həvəskarları əzələlərin tez inkişafı üçün “Testosterone Enanthate” inyeksiyalarından istifadə edirlər.

Bir çox steroidlərdən istifadə edən idmançılar və həvəskarlar kurs sonrası əzələ itkilərinin çox olmasından şikayət edirlər. Buna həm psixoloji həm də qida çatışmazlığı səbəb ola bilər. “Testosterone Enanthate” kursunu kəsdikdən sonra bədəndə testosteron nisbəti aşağı düşür və nəticədə əzələ və güc itkisinə səbəb olur. Kənardan testesteron alındığından bədəndə su və duzların miqdarı artır və nəticədə çəki artımına səbəb olur.

“Testosterone Enanthate” əksinə olaraq daxili testesteronun miqdarının azalmasına səbəb olur. Kurs sonrası daxili testesteronu bərpa etmək olduqca çətin olur. Məhz bu səbəbdən əzələ kütləsini artırmaq üçün müxtəlif qida əlavələrindən istifadə etmək məsləhət görülür.

Əzələ kütləsini artırmaq üçün ən yaxşı məhsullar bcaa, kreatin, qlutamin , protein və test busterlərdir.

Testesteronun normadan aşağı olması:

* cinsi istəyin azalmasına;
* yorğunluğa;
* əzələ və güc itkisinə;
* ereksiyanın pozulmasına;
* çəki artımına;
* sümüklərin zəifləməsinə;
* depresiyaya;
* qan azlığına səbəb olur.

“Testosterone Enanthate” inyeksiyasının faydaları:

* protein sintezini artırır;
* müsbət azot balansını artırır;
* qırmızı qan hüceyrələrini artırır;
* Igf1 hormonunu artırır.

Bu gün dünya səhiyyəsində testesteron əsasən müalicəvi preparat kimi istifadə olunur.

Hansı hallarda istifadəsi məsləhət görülür:

* cinsi həvəsin olmaması;
* qərarsızlıq:
* müxtəlif xəstəliklər səbəbindən əzələ və güc itkisinin olması;
* orqanizmdə sürətli yağ artımı;
* depresiya;
* yuxusuzluq;
* immun sistemin zəifləməsi;

“Testosterone Enanthate” inyeksiyasının zərərləri:

* sonsuzluq;
* cinsiyyət orqanının atrofiyası;
* dərinizdə civzələr və irinli nahiyyələrin müşahidə olunması;
* prostat böyüməsinə səbəb olaraq, sidik ifrazatına mane olması;
* prostat xərçənginin yaranması ehtimalı;
* ürək əzələlərinin böyüməsi və ürək çatışmazlığı;
* qaraciyərdə yüklənmə səbəbindən çatışmazlıq yaranmsaı;
* saçların tökülməsi;
* qadınlarda bədənlərində tüklənmənin baş verməsi;
* qadınların səslərində qalınlığın yaranması;
* qadınlarda kişi cinsiyyət hormonunun miqdarının artması;
* böyrək çatışmazlığına səbəb olması;
* xolesterolun yüksəlməsinə səbəb olması və faydalı xolesterolun miqdarının azalması;

Müəllif istifadə etməyinizi məsləhət bilmir!

IFBB bodibilder Elnur Şıxəliyev (gmsport.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın