Home / QİDA  / BCAA nədir, faydaları və istifadəsi

BCAA nədir, faydaları və istifadəsi

BCAA inəy sütündən hazırlanan pendir suyunda mövcuddur. Bədəndəki hüceyrə mübadiləsini davamlı edir, zülalın təməli hesab olunan amino asitlərdir. Amino asitlər adətən zülallı qidalar vasitəsi ilə orqanizmə daxil olur, lakin BCAA da qəbul edərək təmin etmək mümükündür. BCAA

bcaa

BCAA inəy sütündən hazırlanan pendir suyunda mövcuddur. Bədəndəki hüceyrə mübadiləsini davamlı edir, zülalın təməli hesab olunan amino asitlərdir.

Amino asitlər adətən zülallı qidalar vasitəsi ilə orqanizmə daxil olur, lakin BCAA da qəbul edərək təmin etmək mümükündür.

BCAA zülal parçalanmasını azalda ya da zülalın sintez səviyyəsini yüksəldə bilir. BCAA istifadə edən idmançılarda məşqlərdən sonra ağrılarının azalması müşahidə olunur. Həmçinin BCAA zülal itkisinin qarşısını alır ki, bu da öz növbəsində güc itkisinə imkan vermir. Məşqdən öncə BCAA qəbulu yorğunluğun aradan qaldırılmasına kömək edir.

BCAA-nın faydaları

Əzələ kütləsi – zülal sintezi və zülal parçalanmasının səviyyələrinin fərqindən yaranır. Əgər bu səviyyələr eynidirsə, nə əzələ yığımı, nə də itkisi baş vermir. Lakin zülal sintezi parçalanmadan aşağıdırsa, əzələ itkisinə yol vermiş olursunuz. BCAA zülal parçalanmasının qarşısını alaraq, quru əzələ kütlənizin artmasına səbəb olur.

BCAA ilə bağlı araşdırmalar

BCAA ilə bağlı müxtəlif araşdırmalar aparılıb. Bu araşdırmalardan biri 2006-cı ildə “Journal of Nutrition” da yayımlanıb. Araşdırmaya görə, BCAA əzələ bərpasını sürətləndirir və sonradan yaranan əzələ ağrılarını azaldır. Digər bir araşdırma isə 2010-cu ildə “International Journal of Sport Nutrition and Exercise Metabolism” da yayımlanmışdır. Bu araşdırmaya görə, BCAA-nın sonradan yaranan əzələ ağrılarını azaltdığı sübut olunub. Məşqdən əvvəl qəbul edilən BCAA dozası əzələlərə enerji verir və məşq müddətində yorğunluğun olmamasını təmin edir. BCAA hər bir idman üzrə məşq edənlərə ağrılardan azad olmağa imkan verir.

BCAA zülal tərkibli bütün qidalarda, xüsusən də süd məhsulları və qırmızı ətdə mövcuddur.

BCAA-nın istifadəsi

BCAA üç şəkildə satışda var: kapsul, həb və ya toz şəklində. BCAA səhər yeməyində 3-5 qram, məşqdən əvvəl 3-5 qram və yuxudan əvvəl 3-5 qram qəbul edilməlidir. Məşqdən əvvəl protein kokteyli qəbul edildiyi zaman, BCAA-nın məşq öncəsi qəbulu mütləq deyil.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın