Home / XƏBƏRLƏR  / Norveç dizelə YOX dedi

Norveç dizelə YOX dedi

Norveçin paytaxtı Oslo şəhərində havanın çirklənməsinin artması nəticəsində dizel yanacağı ilə işləyən avtomobillərin sürücülərinə nəqliyyatın hərəkətinin sıx olduğu yollara girmək qadağan edilib. Müəyyən edilib ki, dizel yanacağı ilə işləyən avtomobillər digər nəqliyyat vasitələrilə müqayisədə havanı

dizel yanacağı

Norveçin paytaxtı Oslo şəhərində havanın çirklənməsinin artması nəticəsində dizel yanacağı ilə işləyən avtomobillərin sürücülərinə nəqliyyatın hərəkətinin sıx olduğu yollara girmək qadağan edilib.

Müəyyən edilib ki, dizel yanacağı ilə işləyən avtomobillər digər nəqliyyat vasitələrilə müqayisədə havanı 10 dəfə çox çirkləndirirlər.Qüvvəyə minən qadağanın nə qədər davam edəcəyinə tam olaraq qərar verilməyib. Artıq yoxlamalara başlayan yol polisləri avtomobil sahiblərinə qadağa ilə bağlı xəbərdarlıqlar da edib.

Qadağanın qüvvəyə minməsindən sonra yola çıxan dizel yanacaqlı avtomobil sürücüləri 1.500 Norveç kronu (290 dollar) cərimə ödəyəcək. Paris, Mexiko, Madrid və Afinada da 2025-ci ilə qədər dizel avtomobillərinin tamamilə qadağan ediləcəyi bildirilir.

Norveç Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, havanın çirklənməsi Osloda hər il 185 körpənin doğuşdan əvvəl ölümünə səbəb olur.(avtosfer.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın