Home / QİDA  / Çörək dolması

Çörək dolması

Osmanlı mətbəxinin ən önəmli yeməklərindən biri sayılır Çörək dolması. Bu yemək bu günümüzə qədər gəlib çıxmışdır və osmanlı süfrələrinin tacı sayılır. Həm ləzzətli, həm də çox asan hazırlanan bu dolmaya hər zaman

çörək dolması

Osmanlı mətbəxinin ən önəmli yeməklərindən biri sayılır Çörək dolması. Bu yemək bu günümüzə qədər gəlib çıxmışdır və osmanlı süfrələrinin tacı sayılır.

Həm ləzzətli, həm də çox asan hazırlanan bu dolmaya hər zaman üstünlük verilmişdir.

Çörək dolması üçün lazım olan ərzaqlar: 250 qr qiymə, 1 ədəd soğan, 1 ədəd yumru çörək, 1 ovuc qoz, istiot, cəfəri, kərə yağı, tomat, ət suyu.

Çörək dolmasının hazırlanma qaydası:

Çörəyi isti -isti istifadə etmək olmaz. Gözləmək lazımdır ki , çörək boyatlaşsın. Təzə çörəklə bişirmək istəsəniz çörək xəmir olar.

Çörəyin içini çıxardın. Balaca bir saxsıya bənzər qab alınmalıdır. Ocağın üzərinə qoyduğunuz tavada yağı qızdıraraq içərisinə doğranmış soğanı və qiyməni əlavə edin və qovurun. Qovurduğunuz bu qarışığın içərisinə çörəyin içini əlavə edib bir az da qovurmağa davam edin.

Əvvəlcədən qozu da iri-iri doğrayın. Doğradığınız qozu, cəfərini, istiotu, duzu da qiyməyə əlavə edin. Hazır olan içi daha öncə hazırladığınız çörəyin içinə doldururn. Daha sonra çörəyi geniş bir qabda olan ət suyunun içinə qoyun. Ət suyunun yüksəkliyi çörəkdən 2-3 barmaq yuxarı olmalıdır.

Ocaqda qaynayan ət suyundan ara sıra qaşıqla alaraq çörəyin üzərinə gəzdirin. Ancaq çörəyi vam odda bişirmək lazımdır.

Bişən çörəyin üzərinə isti tomat sosu əlavə edin. Bir müddət dəmə qoyduqdan sonra dilimləyərək hazır hala gətirin. İsti halda yeyin. Nuş olsun! (1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın