Home / İDMAN  / Əzələ yaddaşı nədir?

Əzələ yaddaşı nədir?

Bəli, çox eşitdiyimiz əzələ yaddaşı barədə bugün yazmağa çalışdıq. Düşünürsünüz ki, bir iki həftə məşqi buraxdığınız zaman bütün formalarınızı itirəcəksiniz? Bu barədə iki fikir var: Fikir №1 İllərlə qazandığınız əzələlər məşq buraxılan kimi itirilir. Fikir №2 Məşqi dayandırsanız belə əzələləriniz

əzələ yaddaşı

Bəli, çox eşitdiyimiz əzələ yaddaşı barədə bugün yazmağa çalışdıq.

Düşünürsünüz ki, bir iki həftə məşqi buraxdığınız zaman bütün formalarınızı itirəcəksiniz? Bu barədə iki fikir var:

Fikir №1

İllərlə qazandığınız əzələlər məşq buraxılan kimi itirilir.

Fikir №2

Məşqi dayandırsanız belə əzələləriniz itməyəcək.

Əslində necədir

Əslində hər iki fikir yanlış olsa da, düz tərəfləri də mövcuddur. İstənilən inkişaf məqsədyönlülüyə bağlıdır. Əgər daha çox böyümək istəyrisiniz isə, hər dəfə daha ağır çəkilərə üstünlük verməlisiniz. Çalışmalısınız ki, göstəricilərinizi artırasınız. Bunu həmçinin təkrarların və yanaşmaların sayını artıraraq da edə bilərsiniz.

Lakin faktdır ki, məşqlərə bir neçə həftə ara verdikdən sonra əzələlərin zəifləməsi müşahidə olunmağa başlayır.

Əzələ ölçülərinin balacalaşması bodibildinqdə adi haldır. Burada məşq etmirsən – balacalaşacaqsan prinsipi daim aktualdır.

Ruhdan düşməyin

Yaxşı olmayan yerdə pis olmur. Əzələnizin yaddaşı var. Bu o deməkdir ki, məşqləri bərpa etdikdən sonra sizlər əvvəlki formanıza qayıda bilirsiniz. Bunun üçün əvvəlki çəkilərə dönmək lazımdır. Başqa sözlə, əzələlər ölçü və güclərini itirmirlər, sadəcə onların yadlarına salmaq lazımdır.

Bu necə baş verir

Hər şey çox sadədir: ilk növbədə dözümlülüyünüz bərpa olunur və ardınca əzələləriniz böyüməyə başlayır. Buna görə yenidən zala getməkdən qorxmayın. Bilin ki, bir neçə məşqdən sonra əvvəlki formanızı qaytarmaq mümükündür. Eyni zamanda bunu nəzərə alaraq, arada orqanizminizə istirahət də verə bilərsiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın