Home / XƏBƏRLƏR  / Azərbaycan birinciliyi keçiriləcək

Azərbaycan birinciliyi keçiriləcək

Fevralın 16-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri,

aaaf_az

Fevralın 16-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edəcəkdir.

Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

Bütün media nümayəndələri və ağır atletika sevərlər dəvətlidir.(aaaf.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın