Home / GÖRKƏM  / Kişilərdə üz dərisinin qabıqlanması

Kişilərdə üz dərisinin qabıqlanması

Kişilərin dərisi daha qalın olsa da, ətraf mühitin, sabun və komsetik vasitələrin təsirinə məruz qalır. Qabıqlanan üz dərisi diskomfort yaradır, görkəmi pozur. Həmçinin üz dərisinin qabıqlanması bir neçə xəstəliklərdən də xəbər verə bilər. Beləliklə, üz dərisinin

qabıqlanan dəri

Kişilərin dərisi daha qalın olsa da, ətraf mühitin, sabun və komsetik vasitələrin təsirinə məruz qalır. Qabıqlanan üz dərisi diskomfort yaradır, görkəmi pozur.

Həmçinin üz dərisinin qabıqlanması bir neçə xəstəliklərdən də xəbər verə bilər. Beləliklə, üz dərisinin qabıqlanma səbəbləri:

Səbəblər həm xarici, həm də daxili ola bilərlər. Əgər üzünüzün qabıqlanması bir müddət sonra yox olub yaranırsa, kosmetik vasitələrin dəyişilməsindən yaranırsa, bununla ev şəraitində də mübarizə aparmaq olar. Belə hallar adətən xarici səbəblərdən baş verir.

Xarici səbəblər

1. Tez-tez üz qırxmaq. Suyun tərkibindəki qarışımlar dəriyə təsir edərək, onu dartır, quru və həssas edir. Ülgücün təsiri ilə birgə üz dəriniz zədələnir, spirt tərkibli losyonlar isə üz dərinizi daha da qurudur.

2. Üzün sabunla yuyulması. Sabunun tərkibindəki qələvi dərinin üst yağ qatını yuyur ki, bu qat dərini bakteriyalardan qoruyur və onu daim nəm saxlayır.

3. Keyfiyyətsiz kosmetika. Ucuz və keyfiyyətsiz kosmetik vasitələr üz dərisinə mənfi təsir göstərir. Onlar qaşınma və allergiyaya səbəb olur.

4. Ətraf mühitinin təsiri:

* Külək, toz. Hər gün üz dəriniz şəhərin çirkli havasının təsiri altındadır.

* Günəş şuaları və temperatur dəyişkənliyi. Bir çoxları şaxta və günəşli havalarda üz dərilərində diskomfort hiss edə bilərlər.

* Kondisioner havası. Kondisioner otaqdakı nəmişliyi yığaraq, quru hava yaradır ki, dəridə su çatışmamazlığına səbəb olur.

Daxili səbəblər

Əgər qabıqlanma uzun müddət keçmirsə, qaşıntı və qızartı yaranırsa, həkimə müraciət etmək lazımdır. Vaxtında aparılmış müalicə tez bir zamanda nəticə verəcək. Daxili səbəbləri nəzərdən keçirək:

1. Daxili orqan, əsəb və endokrin sistemlərinin sıradan çıxması, dəri xəstəlikləri.

* Qaraciyərin sıradan çıxması, xüsusən də spirtli içkilərdən çox istifadə edildiyi zaman. Üz və boyu dərisində qızartılar əmələ gəlir.

* Endokrin sisteminin xəstəliyi, yüksək şəkər və piylənmə dəridə özünü göstərir. Müxtəlif sızanaqlar, qaşınan ləkələr yaranır.

* Mədə problemləri, zəif qidalanma, avitaminoz. A və B vitaminləri və mikroelementlərinin çatışmamazlığı nəticəsində alın və burun hissəsində dəri qabıqlanır, ağız ətrafı çatlar əmələ gəlir. Yüksək karbohidrat səpkiyə səbəb olur. Çox duzlu, acılı və şirin qidalar da dəridə problemlərin yaranmasına səbəb ola bilirlər.

* Stres, xroniki yorğunluq, yuxusuzluq sinir sisteminə təsir edir və bu da üz dərisinin elastikliyinə təsir edir.

* Virus, göbələk və gənələr dəri xəstəliklərinə səbəbdir.

* Kişilərin üzündə qabıqlanma bu xəstəliklər zamanı yaranır: neyrodermit, psoriaz, ekzema, seboriya.

2. Müxtəlif qida məhsullarına və həmçinin kosmetik vasitələrə qarşı olan allergik reaksiyalar üz dərisində özlərini göstərə bilir. Bu zaman dəri qabıqlana və qaşınma yarana bilər.

3. İrsi xəstəliklər. Quru dəri irsi keçicidir. Bu zaman nəinki üzünüz, bütün dəriniz quru olacaq. İrsi xəstəliklərə ixtioz aiddir ki, bu xəstəlik balıq dərisi effektini yaradır.

Qabıqlanma və qaşınmaya qarşı nə edilməlidir?

* Əgər dəri problemləri daxili orqanlar ilə bağlıdırsa, göbələk varsa, hormonal pozuntudursa, həkim dərman müalicəsi təyin edir. Bu zaman məsləhət görülən pəhrizə sadiq qalmaq və sağlam həyat tərzi aparmaq mütləqdir.

* Allergiya zamanı antiqistamin preparatlar və hipoallergiya pəhriz xəstəyə təyin olunur. Bu zaman spritli losyonlardan imtina etmək, aromatlaşdırılmış kosmetik vasitələrdən istifadə etməmək lazımdır.

* Həmçinin kosmetik salonlardakı prosedurlar da sizə kömək edə bilər. Bu prosedurlar dərini nəmləndirir, qidalandırır və təmizləyir.

Profilaktik tədbirlər

1. Dərinizin sağlam görkəmi üçün sağlam həyat tərzi aparmaq lazımdır. Bunun üçün düzgün qidalanmaq və yetərincə yuxu mütləqdir. Yazda immuniteti qaldıran vitaminlər qəbul edilməli, spirtli içkilər minimuma və ən yaxşısı sıfır səviyyəsinə enməlidir.

2. Təkrar qabıqlanmadan qaçmaq üçün üzünüzü sabunla yumamalısınız. Üz yumaq üçün nəmləndirici gellər mövcuddur.

3. Üzünüzü nəmləndirmək üçün çayda isladılmış pambıq diskləri ilə onu silin. Gecə yatarkən badam yağı sürtə bilərsiniz. Bu vasitələr dərini nəmləndirir, üstəlik yaşlanma ilə mübarizə aparır.

4. Yaş çoxaldıqca dəri daha da quru və zəif olur. Yetkin kişilər keyfiyyətli baxıma üstünlük verməlidirlər.

5. Qışda şaxtadan qorunmaq üçün xüsusi kremlərdən istifadə etmək lazımdır. Bu kremləri üzünüzə çölə çıxmamışdan 30 dəqiqə əvvəl sürtməlisiniz.

6. Kifayət qədər maye qəbul etmək vacibdir. Yayda isə günəş şualarından qorunmaq üçün xüsusi kremlərdən istifadə edilməlidir.

7. Düzgün üz qırxmaq:

* dərini hazırlamaq – ən yaxşısı duş qəbulundan sonra.
* üzdə köpüyü iki dəqiqə saxlamaq və sonra qırxmaq.
* ülgücün iti olması.
* tükü uzanma istiqamətində qırxmaq.
* köpük qalıqlarını ilıq su ilə yumaq. Üzü qurudarkən dəsmalı üzə sürtməmək.

8. Spirt tərkibli losyonların əvəzinə sakitləşdirici gellərdən istifadə etmək.

9. Yalnız tanınmış firmaların kosmetikasından istifadə etmək.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın