Məqsədə çatmağın qızıl qaydaları
Ailədə, təhsildə, karyerada "çempion" olmaq. Məqsədlərin reallaşması üçün qaydalar. Qayda 1. Məqsədin yaradıcı olması Məqsədi görmək üçün yaradıcı düşünmək lazımdır. Gələcəyə baxın. "İndi hardayam? Hara getməliyəm?" suallarına cavab tapın. Məqsəd və arzularınızı bir yerə yazın və dərhal
Ailədə, təhsildə, karyerada “çempion” olmaq. Məqsədlərin reallaşması üçün qaydalar.
Qayda 1. Məqsədin yaradıcı olması
Məqsədi görmək üçün yaradıcı düşünmək lazımdır. Gələcəyə baxın. “İndi hardayam? Hara getməliyəm?” suallarına cavab tapın. Məqsəd və arzularınızı bir yerə yazın və dərhal edə biləcəklərinizi reallaşdırmaya başlayın.
Qayda 2. Bəzən risk etmək həyatı maraqlı edir
Bəzi insanlar yerlərində özlərini komfortlu hiss etdiklərindən hərəkət etmirlər. Lakin fürsətləri əldən vermək və risk etməmək yerində saymağa səbəb olur. Risk edən bir gün məqsədinə çatacaqdır. Risk edərək həyatınız daha dolğun, arzular daha real olacaq.
Qayda 3. Məqsədlərdən gizlənməyin
Böyük məqsədlərə gedən yol kiçik məqsədlərdən keçir. Əsas burada “daimilikdir”. Gündəlik məqsədləri bir yerə qeyd edin və onları reallaşdırmaq ilə məşğul olun. Qeydlərinizi göz qabağında tutun ki, daim yadınıza düşsün.
Qayda 4. Üstün məqsəd
Arzuları reallaşdırmaq üçün üstün məqsədə ehtiyac var. Bu məqsəd sizi daha da ruhlandırmalı, heyrətləndirməli və emosiyalarınızı oyatmalıdır. Sizin arzunuz darıxdırıcı, bezdirici olmamalıdır.
Qayda 5. Plan hazır olmalıdır
Bütün arzular real olmalıdır. Çalışın virtual arzulara qapılmayasınız. Məqsədə gedən yolda plan strategiya rolunu oynayır.
Plan yaxşı işlənməli, aydın və ambisiyalı olmalıdır:
* uğur əldə etmək üçün nə etməlisiniz barədə dəqiqləşin.
* alınan nəticələr əsasında plan cızın: önəmli təqvim tarixlərini, tədbir, görüşlər, məşqləri qeyd edin.
* qaydalar tərtib edin: nə “olar”, nə “olmaz”.
Qayda 6. Neqativdən uzaq olun
Yəni özünüzə inanın. Məqsədlərinizin reallığına inanın. İstəyiniz varsa, boş dayanmayın və hərəkət edin. Özünüzü daim ruhlandırın və arzunuza gedən yoldan dönməyin.