Home / İDMAN  / Bulk müddəti nədir və nə qədər davam edir

Bulk müddəti nədir və nə qədər davam edir

Bulk müddəti tərcümədə kütlə artımı müddətidir. Bu müddətdə bodibilderlər çəkilərini artırmaq və daha böyük olmaq üçün çalışırlar. Lakin bu yağlanma ilə qarışdırılmamalıdır. Demək olar ki, 0% yağlanma ilə əzələ kütləsinin artımı hədəfə çevrilir. Bu müddət

bulking

Bulk müddəti tərcümədə kütlə artımı müddətidir. Bu müddətdə bodibilderlər çəkilərini artırmaq və daha böyük olmaq üçün çalışırlar. Lakin bu yağlanma ilə qarışdırılmamalıdır.

Demək olar ki, 0% yağlanma ilə əzələ kütləsinin artımı hədəfə çevrilir. Bu müddət qidalanmağa diqqət yetirmək lazımdır. Önünüzə çıxan hər şeyi yemək olmaz. Əgər diqqətli qidalanmasanız qarın və bud nahiyyələrində istənilməyən piylənmə baş verəcək. Buna görə qəbul etdiyiniz karbohidrat, zülal tarazlığına diqqət yetirməlisiniz. Bulk müddətidir deyib hər şey yemək olmaz.

İlk öncə bulk müddətinə başlamazdan əvvəl bədəninizin hansı tipə aid olduğunu müəyyənləşdirməkdə fayda var. Həmçinin burada yaşınız da rol oynayır. Bunlara diqqət yetirmək lazımdır.

Bədən tipləri:

* Ektomorf bədən tipi: Bu insanlar adətən çəkilərini artırmaqda əziyyət çəkirlər. Yağ deyil əzələ baxımından çəki artıra bilirlər.

* Endomorf bədən tipi: Bu insanlar kökəlməyə meylli olurlar, daha çox yağlanma ilə çəki artırırlar.

* Mezomorf bədən tipi: Bu insanlar kökəlib arıqlamaq məsələlərində əziyyət çəkmirlər. Atlet bədən quruluşuna sahibdirlər.

Bulk müddətində qidalanma

Bədən inkişafı insandan insana fərqlənir. Bulk müddətində də qidalanma insanların bədən tipinə görə fərqlənməlidir. Beləki, kökəlməyə meylli olan ilə kökəlməkdə əziyyət çəkənin qida rasionu eyni olmamalıdır. Buna görə bədən tipinizə görə qidalanma rasionu seçməlisiniz.

* Ektomorf olanlar bulk müddətində karbohidrat, zülal və yağ miqdarlarını digərlərindən daha çox qəbul etməlidirlər. Lakin qarın nahiyyəsində yağlanmanın olmaq ehtimalı olduğu üçün qidalanma və məşqlərini doğru planlaşdırmalıdırlar.

* Endomorf olanlar kökəlməyə meylli olduqları üçün karbohidratlardan az istifadə etməlidirlər. Əsasən zülala üstünlük verməli, yağları da minimuma endirməlidirlər.

* Mezomorf olanlar bulk müddətində ən şanslı hesab oluna bilərlər. Bu tip bədən quruluşuna sahib olanlar orta bir qida rasionunu özlərinə seçə bilərlər.

Bulk müddəti nə qədər davam etməlidir?

Bunun cavabı sizin hədəflərinizdən asılıdır. İstədiyiniz çəkini əldə etmək üçün məhdudiyyət olmamalıdır. Ən ideal halda aya 2 kilo artırmaqdır. Beləki, əgər hədəfiniz 10 kilo çəki artırmaqdırsa, bulk müddəti sizdə 5 ay təşkil edəcək. Hədəfə çatdığınız vaxt bulk müddətinin bitməsi deməkdir.

Bulk müddətində məşq proqramı necə olmalıdır?

Bulk müddətində daha ağır məşqlər etmək lazımdır. Hətta həftədən həftəyə çəki dəyişikliyini qeyd edərək, məşqinizi daha da artıra bilərsiniz.

Adətən bulk dönəmində təkrarlar 10-12, yanaşmalar isə 3-4 kimi olur. Çox ağır çəkilər ilə işlədiyiniz üçün təkrarlar az olmalıdır ki, zədələrdən qoruna biləsiniz. Həmçinin məşq intensivliyiniz də həftədə 3 dəfədən çox olmamamlıdır ki, çəki artırmaq istəyənlər daha çox istirahət etməlidirlər.

Bulk müddətində kardio məşqlərinizi minimuma endirməlisiniz!

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın