Kardio: əvvəl, məşq zamanı və sonra necə qidalanmalı
İlk öncə güc məşqlərini kardio məşqləri ilə səhv salmamalısınız. Kardioya qaçmaq, velosiped, üzgüçülük və digər fiziki məşqlər aiddir. Bəs kardio zamanı necə qidalanmaq lazımdır. İDOL.AZ sizlər üçün araşdırma aparmışdır. Düzgün qidalansanız, nəticələrinizi də artırmış olacaqsınız. Kardio niyə
İlk öncə güc məşqlərini kardio məşqləri ilə səhv salmamalısınız. Kardioya qaçmaq, velosiped, üzgüçülük və digər fiziki məşqlər aiddir.
Bəs kardio zamanı necə qidalanmaq lazımdır. İDOL.AZ sizlər üçün araşdırma aparmışdır. Düzgün qidalansanız, nəticələrinizi də artırmış olacaqsınız.
Kardio niyə lazımdır?
Birincisi, kardio — arıqlamaq üçün əla üsuldur. İkincisi, kardio orqanizmin ən əsas əzələsini, ürəyi möhkəmləndirir.
Digər idmanlarda olduğu kimi məşqləri azdan çoxa və çoxdan aza prinsipi ilə yerinə yetirmək lazımdır.
Məşqdən əvvəl qidalanma
Əvvəllər səhərlər ac qarına məşq etmək daha yaxşı bilinirdi. Guya daha çox piy yandırırsınız. Lakin müasir araşdırmalar göstərir ki, məşqdən öncə zülal qəbulu yağların əriməsini daha da sürətləndirir.
Bir iki yumurta yesəniz sizə kifayət edə bilər. Lakin əməlli yemək yemisiniz isə qaçmağa, üzməyə və sair 2-3 saat sonra başlaya bilərsiniz.
Kardio zamanı qidalanma
Su için. Əks halda su-duz balansınızı pozmuş olacaqsınız. Müxtəlif polietilenlərə bürünməyin, çox tərləmək, çox yağ yandırmaq demək deyil. Tər sadəcə sudur, yağ deyil. Kardio zamanı bədəninizin temperaturu qalxdığı üçün, onu soyutmaq məqsədi ilə tərləyirsiniz, bu təbii prosesdir.
Tərləyirsiniz isə su içməlisiniz.
Məşqdən sonra qidalanma
Kardiodan sonra aclıq əzələ itkisinə səbəb olacaq. Buna görə mütləq qidalanmalısınız. İdeal olaraq protein kokteyli qeyd olunur. Lakin unutmayın ki, kardiodan 30-45 dəqiqə keçməlidir.