Home / BİZNES  / Steve Jobs və 7 düzgün proqnozu

Steve Jobs və 7 düzgün proqnozu

Steve təkcə əla şirkət rəhbəri və yenilikçi olmayıb, gələcək barədə də dəqiq proqnozlar verməyi bacaran analitik olub. 1996-cı ildə Wired agentliyinə verdiyi müsahibədə o, internet kommersiya, mobil internet və biznes modelləri haqqında elə proqnozlar vermişdi

Steve Jobs

Steve təkcə əla şirkət rəhbəri və yenilikçi olmayıb, gələcək barədə də dəqiq proqnozlar verməyi bacaran analitik olub.

1996-cı ildə Wired agentliyinə verdiyi müsahibədə o, internet kommersiya, mobil internet və biznes modelləri haqqında elə proqnozlar vermişdi ki, onlar hər dəfə doğru çıxır və bütün dünyanın təəccübünə səbəb olur. Həmin proqnozlardan bir neçəsini təqdim edirik:

1. Mobil İnternet

Steve Jobs hələ 1996-cı ildə mobil internetin olacağını demişdi. Əlbəttə, internetin bir çox sistemlərdə işə düşəcəyini hər kəs təxmin edirdi, lakin məhz mobil internet barəsində ilk dəfə Steve danışmışdı: “Hər tərəfdə internet çıxışı olan telefonlar olacaq. Məhz onların hər yerdə əlçatan olması da böyük maraq yaradacaq.”

2. İnternet kommersiya

İnternetdə ən çox gəlirin haradan əldə ediləcəyi barədə sualın cavabında, Steve ən çox hər hansı bir məhsul və ya xidmətin satışını həyata keçirənlərin qazanacağını demişdi: “İnsanlar mağazalara getməyəcək və hər şeyi internet vasitəsilə alacaqlar.” İlk bu sözləri ciddiyə alan isə Amazon şirkəti oldu. Həmin vaxt kiçik start-up olan Amazon məhz internet vasitəsilə satışa başladıqdan sonra böyüdü və nəhəng korporasiyaya çevrildi.

3. Vasitəçisiz məhsul və xidmətlər

Steve bildirmişdi ki, internetin ən böyük rolu vasitəçiləri aradan götürmək olacaq. İnsanlar birbaşa əlaqə vasitəsilə istədikləri məhsul və xidmətə çatacaqlar: “İnternetə hər hansı bir kommersiya və ya məlumatın çatdırılmasını həyata keçirmək üçün birbaşa kanal kimi baxmaq lazımdır. Beləliklə, prosesi ləngidən və qiyməti artıran vasitəçilərdən yaxa qurtarmış olursunuz.”

4. Tesla biznes modeli

1996-cı ildə Steve Tesla biznes modeli barədə danışmışdı: “Avtomobil satışı üçün ən yaxşısı bir avtomobil yaratmaq və həmin nümunə əsasında rəng versiyaları təklif etməkdir. Həmin avtomobil test sürüşləri üçün gərəklidir, digərləri isə ancaq sifariş əsasında hazırlanmalıdır.” Bu gün Tesla şirkəti məhz bu model üzrə iş görür. Onlar sifariş əsasında avtomobil hazırlayır.

5. Cloud (Bulud) sistemləri

iCloud və Google Drive kimi bulud sistemlərinin də yaranacağını proqnozlaşdırmışdı. O, hətta bunun üçün bəzi ideyalar da vermişdi.

6. Texnoloji təhsil

Jobs müasir texnologiyaların təhsil sisteminə daxil edilməsini dəstəkləyirdi. Lakin o həm də başa düşürdü ki, təkcə texnologiya və elmin son nailiyyətlərini təhsil sisteminə daxil etməklə, hər şey dəyişən deyil. O, təhsildə radikal dəyişikliklərin edilməsi üçün çıxışlar edirdi. Bu gün onun həyat yoldaşı da alternativ təhsil metodlarının qüvvəyə minməsi üçün mübarizəni davam etdirir.

7. İnternet epoxasında insan

Jobs 1996-cı ildə deyirdi ki, insanların məlumat mövzusunda müəyyən bir limitləri var: “Bir çox insan həddindən artıq informasiya alır və onların hər birini dərk etmək gücünə malik deyil.”(pahoo.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın