Home / SAĞLAMLIQ  / Avtomobil oturacaqlarının qızdırıcısı sağlamlığa ziyandırmı?

Avtomobil oturacaqlarının qızdırıcısı sağlamlığa ziyandırmı?

Faktiki bütün müasir avtomobillər oturacaq qızdırıcıları ilə təchiz olunub. İlk dəfə bu praktika isveç markası SAAB maşınlarında istifadı edilib. Lakin həkimlər bunun sağlamlığa ziyansız olmadığı barədə şübhələrə malikdirlər. Müasir araşdırmalar göstərir ki, oturacaq qızdırıcıları kişi sürücülər

maşın qızdırıcısı

Faktiki bütün müasir avtomobillər oturacaq qızdırıcıları ilə təchiz olunub. İlk dəfə bu praktika isveç markası SAAB maşınlarında istifadı edilib.

Lakin həkimlər bunun sağlamlığa ziyansız olmadığı barədə şübhələrə malikdirlər. Müasir araşdırmalar göstərir ki, oturacaq qızdırıcıları kişi sürücülər üçün əsl təhlükəyə çevrilə bilər. İDOL.AZ bu qızdırıcıların müsbət və mənfi cəhətlərini araşdırıb.

Müsbət cəhət – soyuqdəymə olmur

Uşaqlıqdan soyuq yerdə oturmağa icazə verilmirdi və bunu hər kəs yadında saxlayıb. Soyuq yerdə oturaraq bir çox xəstəliklərə yol açmış olarıq. İsti avtomobil oturacaqları böyrək və sidik kisəsini soyuqdan qoruyur, osteoxondroz və radikulit üçün xeyirlidir, üstəlik protatın da profilaktikası üçün yararlıdır. Bunlardan başqa adi soyuqdəymədən də sizləri qoruyur.

Bir çox ölkədə sağlamlıq siğortasını verən şirkətlər, belə qızdırıcıların olmaması halında daha az miqdarda pul ayırırlar. İsti oturacaqlar həmçinin fizioterapiya rolunu oynayır.

Mənfi cəhətlər

Bu mənfi təsirlər yalnız sükan arxasında fasiləsiz 4-5 saat keçirənlərə aiddir. Bu səbəbdən əksər sürücülərin qorxacağı bir hal yoxdur. Lakin limiti keçənlərin biraz diqqətli olması lazımdır:

* Şişlərin böyüməsi. İsitmə istənilən şişlərin böyüməsini stimullaşdırır, xoşxassəli və ya bədxassəli. Bu səbəbdən onkoloji bir hal mövcuddursa bu tip qızdırıcılardan istifadə olunmamalıdır.

* İltihab proseslərinin pisləşməsi. İsti toxumalarda limfostaz və şişmələr yaradır. Bu səbəbdən iltihab narahatçılığı olanlar qızdırıcılardan istifadə etməməlidirlər.

* Əgər tez-tez avtomobili tərk etməli olursunuz isə, bədənin aşağı hissəsinin soyuqlaması baş verə bilər. Üstəlik avtomobildə qızdırıcılardan istifadə edən sürücülər havanın temperaturunu adekvat hiss edə bilmədikləri üçün yüngül geyimdə avtomobili tərk edirlər ki, bu da soyuqdəyməyə gətirib çıxardır.

Əsas mənfi cəhət – nəsilartırma funksiyasına təsiri

Alman uroloq Herbert Şperlinq xəbərdarlıq edir – oturacaqlarda qızdırıcıların olması kişilərdə sonsuzluğa gətirib çıxarda bilər. Onun araşdırmaları göstərir ki, qızdırıcılar cinsi orqanda hərarəti 38 dərəcəyə qədər yüksəldir ki, bu da normadan 2,5-4 dərəcə yüksəkdir.

Belə halda spermanın keyfiyyəti aşağı düşür, onlar passivləşir və mayalanma üçün yarasız hala düşürlər. Baxmayaraq ki, potensiyaya heç bir şey olmur və bu aldadıcıdır. Əgər problem ciddi deyilsə, bərpa müddəti 40-90 gün təşkil edir. Üstəlik qızdırıcı ilə bərabər qurğunun buraxdığı elektromaqnit şualar da sonsuzluğa gətirib çıxarda bilər.

Nə etmək lazımdır?

“Qızıl orta”nı tapmalısınız. Qızıdrıcını daim işlək halda saxlamayın. Yaxşı olar ki, oturacaqları əvvəlcədən qızdırıb avtomobilə oturasınız. Onsuz da, qış vaxtlarında əksəriyyət avtomobili hərəkətə gətirməzdən öncə onu qızdırır. Avtomobili tərk etməzdən 5 dəqiqə əvvəl qızdırıcını söndürsəniz soyuqdəymədən də qoruna bilərisiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın