Home / GÖRKƏM  / 8 Mart hədiyyəsi – qadın alt paltarı

8 Mart hədiyyəsi – qadın alt paltarı

Aparılan araşdırmaya görə qadınların tələbatına görə onlara alınmalı ən gözəl hədiyyə alt paltarları hesab edilir. Öz qadınlarına alt paltarı hədiyyə edən kişilər özlərinə hədiyyə etmiş kimi sayılırlar. Etdiyiniz hədiyyəni həm xanımınız, həm də sizin bəyənməyiniz

qadın alt paltarı

Aparılan araşdırmaya görə qadınların tələbatına görə onlara alınmalı ən gözəl hədiyyə alt paltarları hesab edilir.

Öz qadınlarına alt paltarı hədiyyə edən kişilər özlərinə hədiyyə etmiş kimi sayılırlar. Etdiyiniz hədiyyəni həm xanımınız, həm də sizin bəyənməyiniz üçün 5 sadə qaydaya riayət etmək lazımdır.

* Kişilər qadınlar üçün olan dükana getməmişdən əvvəl qadının sahib olduğu ölçünü bilməlidir. Bunu qadından soruşmaq istəmirsinizsə, onun sahib olduğu alt geyimlərinin ölçülərinə baxa bilərsiniz. Adətən tumanlar XS-XXL ölçüləri kimi, sinə üçün isə 70,75 və sair kimi ölçülər olur. Həmçinin sinə üçün olan alt paltarının sadə və ya dəstəkli olduğuna diqqət yetirməlisiniz.

* Yuxarıda qeyd etdiyimiz kimi, alt paltarının hədiyyəsi özünüzə hədiyyə kimi sayılır. Ancaq öz seksual baxışlarınızla seçim etməyin. Onun da fikirlərinə və əvvəllər etdiyi seçimlərə də diqqət yetirin.

* Bütün bunlara diqqət yetirmək üçün mağazada olan məsləhətçilərin köməyindən yararlanın. Bundan utanmayın. Seçiminiz barədə və ya xanımınızın seçimi barədə onlara ətraflı məlumat verin. Düzgün seçim etməkdə onlar sizə köməklik edəcəklər.

* Yaxşı alt paltarı ucuz ola bilməz. Bu yazılmamış qanunlardan biridir. Ona görə də hədiyyə seçimində ucuzlu və keyfiyyətsiz məhsullara qaçmayın. Çünki onlar ən yaxşısına layiqdirlər.

* Əgər bütün bunları etməyə çətinlik çəkirsinizsə, o zaman xanımınıza həmin dükanlardan hədiyyə kartı əldə edin. Həmin hədiyyə kartından xanımınız düzgün istifadə etməyi bacaracaq.(adem.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın