Home / BİZNES  / Fikirlər, inanclar: nəyə görə üzr istəməyə dəyməz

Fikirlər, inanclar: nəyə görə üzr istəməyə dəyməz

Daim etdiyiniz, fikirləşdiyiniz və istədiyiniz şeylərə görə üzr istəmək

güclü şəxsiyyət

Daim etdiyiniz, fikirləşdiyiniz və istədiyiniz şeylərə görə üzr istəmək… Belə siz uğur əldə edə bilməyəcəksiniz.

Bunlara görə üzr istəməməlisiniz…

1. Öz qayğınıza qalırsınız

Bizə uşaqlıqdan özümüzü ən son anda düşünməyi öyrədiblər. Yadınızda saxlayın, özünüzün qayğısına qalmaq olduqca normal haldır və başqa cür uğur əldə etmək mümkün deyil. Eqoist olmayın, lakin özünüzü də fəda etməyin, əksər hallarda qədir bilən belə olmur.

2. Emosiyalarınız

Sizlər sevincinizi, göz yaşlarınızı, kədər və hirsinizi gizlətməyi öyrənmisiniz. Belə əhvalınız pis olan kimi, ətrafdakılardan üzr istəyirsiniz. Niyə, siz insan deyilsiniz?

3. Öz inanclarınız

Öz fikri və inancları olan insanlar hörmətə layiqdirlər. Bunları müdafiə etməyi bacaran insanlar isə ikiqat hörmətə layiqdirlər. Möhkəm prinsiplərə sahib olduğunuz üçün üzr istəməyə dəyməz.

4. Unikallıq

Bugün hər kəs bir birinə bənzəyir. Eyni düşüncələr, hətta eyni geyim tərzi. Fərqli olduğunuz üçün utanmayın və daha artıq üzr istəməyin. Əksinə “boz”ların içindən seçildiyiniz üçün qururlanın.

5. Kim ilə və necə vaxt keçirirsiniz

Zaman – insanın ən bahalı təbii ehtiyatıdır. Onu kimlərin necə istədiyi kimi keçirmək ağılsızlıqdır. Unutmayın ki, geriyə heç bir halda yol yoxdur. Belə, vaxtınızı istədiyiniz, lazım bildiyiniz yerdə və şəxslər ilə keçirin və buna görə heç vaxt üzr istəməyin.

6. Uğursuzluqlar

Uduzmaqdan, gülünc hala düşməkdən və sair bu kimi hallardan qorxmaq, sizi irəli aparmayacaq. Siz həyatınızı proqramlaşdırırsınız və uğursuzluq zamanı üzr istəməyə başlayırsınız. Qırağa çəkilirsiniz və “boz” həyat sürməyə davam edirsiniz. Bir gün alınacağına inanmalısınız. Heç kimə hesabat verməli deyilsiniz. Risk etmək artıq bir cəsarət tələb edir və siz o cəsarətlilərdənsiniz, davam edin.

7. Cavanlıq

Bəli, cavanlıq – dəlisovluluqdur. Uğurlu insanların tərcümə halına baxın, bəzən insan şoka düşə bilir. Siz isə xırda şeylərə görə üzülürsünüz. Müdrik insanlar da cavan olub, lakin sonra cavanlıqdan qazandıqları təcrübə ilə müdrikləşiblər. Yaşayın, üzr istəməyin.

8. Xarici görkəminiz

Bir şeyi bilin ki, heç də hər kəs jurnal qapağındakı modellər kimi ola bilmir. Bizim sizə məsləhətimiz, boş verin, işinizə baxın.

Daimi üzr istəməklər sizin “öz”ünüzü itirməyinizə gətirib çıxardacaq. Tərbiyyəsizlik etmədiyiniz halda, heç bir şeyə görə üzr istəməyə çalışmayın. Məqsəd və uğurunuza doğru hərəkət edin.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın