Home / İDMAN  / Səhər tezdən məşq ziyandırmı?

Səhər tezdən məşq ziyandırmı?

Nə vaxt məşq edək - səhər yoxsa axşam? Həqiqətənmi səhər tezdən daha çox yağ yandıra bilərik? Səhər məşqlərin qaydaları. Məşq üçün ən yaxşı vaxt Məşq vaxtı barədə danışanda əlbəttə əzələ artımı üçün güc məşqləri ilə yağ yandırmaq

səhər tezdən məşq

Nə vaxt məşq edək – səhər yoxsa axşam? Həqiqətənmi səhər tezdən daha çox yağ yandıra bilərik? Səhər məşqlərin qaydaları.

Məşq üçün ən yaxşı vaxt
Məşq vaxtı barədə danışanda əlbəttə əzələ artımı üçün güc məşqləri ilə yağ yandırmaq üçün kardio məşqlərini ayırmaq lazımdır. Beləki, onların enerji sərfiyyatı fərqli olduğu üçün orqanizm faktiki olaraq eyni vaxtda həm əzələ yığa, həm də yağ yandıra bilmir.

Ənənəvi olaraq hesab olunur ki, səhərlər daha yaxşı olar ki, kardio məşqlərə üz tutulsun. Günorta və axşam saatlarında isə əzələ yığmaq üçün məşqlər edilə bilər. Lakin məşq saatlarının seçilməsi adətən həyat tərzi və gündəlik işlərdən asılı olaraq seçilir.

Səhər tezdən məşq bir çoxları üçün olduqca çətin gəlir. Bu zaman insanın yetərli enerjisi olmadığı üçün, yorulma faktı müşahidə olunur.

Səhərlər zala getmək olarmı?
Əgər qlikogen ehtiyatınız yetərli olmasa, məşq zamanı qanda şəkəriniz aşağı düşəcək, bununlada məşqiniz ağırlaşacaq, huşunuzu belə itirə bilərsiniz. Məşq üçün orqanizmin qlikogen formasında 100-150 qr karbohidrata ehtiyacı var.

Məşqdən saat yarım əvvəl güclü səhər yeməyi əzələlərinizi enerji ilə doldura bilər. Məsələ ondandır ki, məşqdən sonra əzələlər yenidən qida tələb etdiyi üçün ikinci səhər yeməyinə də ehtiyac olacaq.

Səhər tezdən güc məşqləri
Əgər səhər yeməyi yeyə bilməmisiniz isə və zala gedirsiniz isə, ən azı geyner qəbulu mütləqdir! Zala çatdıqda artıq idman qidası həzm olunacaq və enerjisi qana yayılacaq. Yaxşı olar ki, məşqdən sonra səhər yeməyi yeyəsiniz. Bu ümumiyyətlə optimal metod hesab olunur. Tox qarına məşq etmək bir çoxları üçün olduqca çətindir.

Yağ yandırmaq üçün səhər tezdən məşq
Yağ yandırma prosesi yalnız qanda şəkərin az olması halında baş tutur. Buna görə arıqlamaq istəyənlər kardio məşqlərini ən az 30-40 dəqiqə davam etdirməldirilər. Bu zaman orqanizm qlikogen enerjisini sərf edir və qanda şəkərin miqdarı düşməyə başlayır. Ardınca adrenalin hormonu yüksəlməyə başlayır ki, yağları yandırır. Səhər tezdən bu proses daha az zamanda baş verir.

Ac qarına kardio
Səhər tezdən qlikogen ehtiyatlarının minimal olması, kardio məşqlərinin effektivliyini artırır. Bu zaman sizlər daha çox yağ yandıra bilirsiniz. Lakin əgər səhər yeməyi yemisiniz isə kardio yalnız yeni aldığınız kaloriləri yandırmağa çalışacaq.

Ac qarına qaçış məsləhət deyil. Digər kardio məşqləri isə sakit tempdə 30-40 dəqiqə yerinə yetirə bilərsiniz. Məşqdən sonra qida yarımsaat sonra qəbul edilə bilər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın