Home / QİDA  / Bu qidaları yenidən mikrodalğalı sobada qızdırmaq olmaz

Bu qidaları yenidən mikrodalğalı sobada qızdırmaq olmaz

Qeyd edəcəyimiz beş qida məhsulunu az miqdarda bişirmək lazımdır və dərhal yeyilməlidir. Onları təkrar qızdırmaq məsləhət deyil. Kərəviz Orqanizm üçün çox xeyirli bir göyərtidir. Kaloriysiz, doyumlu, bol vitamin və minerallı. Üstəlik onun tərkibində nitratlar var ki, onlar

toyuq qızartması

Qeyd edəcəyimiz beş qida məhsulunu az miqdarda bişirmək lazımdır və dərhal yeyilməlidir. Onları təkrar qızdırmaq məsləhət deyil.

Kərəviz

Orqanizm üçün çox xeyirli bir göyərtidir. Kaloriysiz, doyumlu, bol vitamin və minerallı. Üstəlik onun tərkibində nitratlar var ki, onlar qızmadan öncə təhlükəsizdirlər. Lakin qızma prosesi başlayan kimi nitratlar kanseroqen nitritlərə çevrilməyə başlayırlar.

Göbələk

Göbələklər zülal ilə zəngindirlər. Lakin qızma zamanı bu zülallar öz strukturunu dəyişməyə başlayırlar. Təkrar qızdırılmış göbələyin yeyilməsi köp, mədə və digər ağrılara səbəb ola bilər. Əgər yenə də soyumuş göbələk yeməyiniz qalıbsa, onu +70 °C dərəcədən artıq istidə qızdırmayın.

İstənilən halda yumurta

Eyni hal yumurtalara da aiddir. Beləki, göbələkdən də çox zülal tərkibinə sahib olan yumurta qızdırıldığı zaman mədə ağrılarına səbəb ola bilər.

Kartof

Kartofun tərkibində nişasta yüksək miqdarda olmaqdadır. İlkin bişirmə zamanı nişasta bir neçə təhlükəsiz birləşmələrə ayrılır. Təkrar qızma zamanı isə bu birləşmələr zəhərli olmağa başlayırlar. Nəticə olaraq, mədə xorası, qastrit, botulizm xəstəliklərinə gətirib çıxarda bilər. Beləki, kartofu yaxşı olar ki, xüsusən qızartmanı, bir dəfəyə qəbul edəsiniz.

Toyuq

Burada da həmin zülal məsələsidir ki, təkrar qızdırıldığı zaman, struktur dəyişiklikləri baş verir. Bu arada alimlərin araşdırmalarına görə toyuq əti ən çox qastrit səbəblərindən biridir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın