Az səliqəsizlik və komfort: dəbli kişilər üçün 8 hökm
Belə alınıb ki, dünyada təbi gözəlliyə malik kişilərin sayı olduqca azdır. Bunun ilə necə baş etmək olar? xvı əsrdə yaşamış ingilis filosof Tomas Mor'un dediyi kimi: "Uğur qazanmaq istəyirsiniz isə, artıq onu əldə etmiş kimi görsənin".
Belə alınıb ki, dünyada təbi gözəlliyə malik kişilərin sayı olduqca azdır. Bunun ilə necə baş etmək olar?
xvı əsrdə yaşamış ingilis filosof Tomas Mor’un dediyi kimi: “Uğur qazanmaq istəyirsiniz isə, artıq onu əldə etmiş kimi görsənin”. Bunu necə edək sualı sizdə yarandısa, İDOL.AZ sizə kömək etməyə çalışacaq.
Bahalı alın
Əgər gələn mövsüm artıq tullayacaqsız isə onu almağa dəyməz. Az sayda və keyfiyyətli (bahalı) geyimlər əldə edin.
Komfort və özünəinam
Bahalı kostüm və ya cırıq cins, nə alırsanız alın sizin komfort hissiniz ilk növbədə təmin olunmalıdır.
Ətir
Buna barmaq arası baxmaq olmaz. Qadınlar məhz kişidən gələn iyə həssasdırlar. Məsləhətimiz: hər gün duş qəbul edin, alt paltarınızı dəyişin. Yaxşı ətir isə heç bir zaman mane olmaz.
Uyğun geyinin
Gecə gəzintisi üçün iş geyimi geyinmək lazım deyil. Ümumiyyətlə Azərbaycan kişisi qara klassik çəkmələr ilə bəzən çimərliyə belə gedir. Bunu etməyin!
Geyimlərinizə qulluq edin
Yalnız ayaqqabıları deyil, geyimlərinizi də təmiz saxlamağı unutmayın.
Dəb və komfort
Yeni dəb piki? Komfortunuzu dəbə qurban verməyin.
Doğru ölçü
Bir ölçü böyük geyimlər almaq adəti uşaqlar üçün olmalıdır. Yetkin insanlar öz ölçülərinə uyğun geyimlər almalıdırlar.
Az səliqəsizlik
Siz səliqəli görsənməlisiniz. Lakin bunun da bir həddi var. Metroseksuallar qadınlarda vahimə hissi yaradır. Kişilər az da olsa səliqəsiz olmalıdırlar, qadınlar bunu sevir.