Home / BİZNES  / Biznesi sıfırdan başlamağın üstünlükləri

Biznesi sıfırdan başlamağın üstünlükləri

Böhranın gəlməsi ilə öz qeyri-effektiv idarəedilməsi ilə seçilən şirkətlər tezliklə bazardan çıxdı (çıxacaq), yerinə sıfırdan qurulmuş, hər şeyin necə qazanıldığını bilən, xərclənən hər bir qəpiyə görə “başları” ilə cavab verə bilən bizneslərin dövranı gəlir. Bu

ilkin manafov

Böhranın gəlməsi ilə öz qeyri-effektiv idarəedilməsi ilə seçilən şirkətlər tezliklə bazardan çıxdı (çıxacaq), yerinə sıfırdan qurulmuş, hər şeyin necə qazanıldığını bilən, xərclənən hər bir qəpiyə görə “başları” ilə cavab verə bilən bizneslərin dövranı gəlir.

Bu o deməkdir ki, işinin üstündə duran, əziyyət çəkənlər, investordan pul alıb xərcləyən şirkətlərdən daha effektiv olacaq. Biznesi sıfırdan başlamaq böyük üstünlükdür, bilirsiz niyə?

Devalvasiyalar, böhranlar xeyrdi – xəstəliklərimizi aradan qaldırır. Biznesimiz daha sağlam olur. Böhran biznes üçün ağac dələn funksiyasındadır.

Niyə biznesi sıfırdan qurmaq çox faydalıdır?

Hansısa işi yüksək performansla bilmək üçün mütləq bu işin dərinliyində olasan. Biznes məhsuldarlığı, effektiv işləməyi, iqtisadiyyatı sevir. İqtisadiyyat (ekonomiks) bizə nə öyrədir?! Öyrədir ki, resurslar məhduddur və bu məhdud resurslardan maksimum faydalı istifadə etməliyik. Bunu etməsək, bizim işimiz dağılacaq. Bu biznesin çox sadə qanunudur. Siz rəqibinizdən effektiv olmasanız, o sizə qalib gələcək. Düzdür?

Nəyisə effektiv etmək üçün gərək bu işin qədrini biləsən. İndi özünüz düşünün, “hazırına-nazır” olan adamla, bu işi sıfırdan quran adam arasında fərq olacaqmı? Hansı effektiv işləyəcək? Əlbəttə ki, özü işi quran adam. İnsan hər şeyi özü edəndə, işin məğzini daha tez başa düşür. Bəlkə buna görə qlobal şirkətlər rəhbər təyin etməzdən onu şirkətin müxtəlif strukturlarında ən aşağı vəzifədən necə işlədiyinə baxırlar. Rəhbəri yalnız, şirkət daxilində sıfırdan inkişaf edənlərin siyahısından seçirlər, bəli?

Heç sektorunda lider olan elə bir şirkət tanıyırsınız ki, investor tapdıqdan sonra inkişaf edib və ya kimsə pul verib, kimsə şirkət açıb və uğurlu olub? İnanmıram. İnanmıram ki, kiminsə pulunu xərcləməklə effektiv iş qurmaq mümkün olsun. İlk biznes üçün pulu borc almaq olar, amma bu borcun miqdarı açılacaq şirkətin gəlirinin heç 1/10 də ola bilməz. Yəni çox xırda məbləğlərdən söhbət gedə bilər. Amma əsas iş məhz sıfırdandan qurulub. Pul qazanılıb və investisiya edilib.

Xarici misallar 100-lərlə verə bilərəm, düşünürəm ki, bunu sizdə edə bilərsiniz, amma istəyirəm yerli bizneslərdən danışım. 1-2 misal verim, özünüz görəcəksiniz ki, real biznes yalnız sıfırdan olduğu zaman güclü ola bilir.

Sizcə niyə Embawood post-sovet məkanının ən böyük mebel şirkətidir? Çünki bu adamlar əllərinin mazolu ilə 5-6 nəfərlik mebel sexi ilə işə başlayıblar. Qazandıqları hər bir qəpiyi, digər rəqibləri kimi, Şadlıq Saraylarına, əmlaka deyil, yenidən işə qaytarıblar. Nəticədə vertikal inteqrasiya edilmiş Embawood kimi şirkət yaranıb.

Azərbaycanda lüks dedikdə ağla gələn ilk şirkət İtal Dizayndır. Səbəb çox sadədir, Azad Rəhimov və Elçin Zeynalov bu işi tam olaraq sıfırdandan qurublar. Lüks sənayesini, Elçin müəllim kimi ikinci bilən adam tanımıram Azərbaycanda. İşin tam üstündədir. Nəticə göz önündədir.

Yeni iş qurmaq istəyirsinizsə, investor axtarışı, pul tapmaq kimi “xırda” şeylərə baş yormayın. Xırda işdən başlayın, sıfırdan başlayın, alınsa pul da, investor da özü sizi tapacaq. Hətta xahiş edəcək ki, “Sən Allah gəl sənə pul verim!”(ilkinmanafov.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın