Home / QİDA  / Yumurtanın sarısını yemək doğrudurmu?

Yumurtanın sarısını yemək doğrudurmu?

Bəlkə də dünyada yumurta ilə bağlı ən böyük sual onun sarısının nə qədər ziyan və xeyirli olmasından ibarətdir. Tarix Yumurta sarısı ilə bağlı mif, hansısa alimin yumurta sarısının dovşanlara yedizdirməsi ilə başlayıb. Nəticədə dovşanların qanında xolesterin yaranmasını

yumurta sarısı

Bəlkə də dünyada yumurta ilə bağlı ən böyük sual onun sarısının nə qədər ziyan və xeyirli olmasından ibarətdir.

Tarix
Yumurta sarısı ilə bağlı mif, hansısa alimin yumurta sarısının dovşanlara yedizdirməsi ilə başlayıb. Nəticədə dovşanların qanında xolesterin yaranmasını müşahidə edən alim, yumurta sarısının ziyan olduğu fikrə gəlib. Lakin dovşanların fiziologiyası insan fiziologiyası ilə eyni deyil və onların rasionuna heyvanı yağlar ümumiyyətlə daxil deyil.

Məsələni Anxel Kiz daha da qloballaşdırır. 7 ölkədə araşdırma aparan Anxel heyvanı yağların çoxluğunu ürək xəstəlikləri ilə paralalel aparaq, onların düz mütanasib olduğunu vurğulayır. Lakin sonrakı araşdırmalar bu ehtimalın çox az olmasını ortaya çıxardır.

Mifin dağılması
2010-cu ildə The American Journal of Clinical Nutrition tərəfindən 21 araşdırma aparılmış və yumurta sarısını sevənləri sakitləşdirmişdir: “Doymamış yağlar ürək-damar xəstəlikləri ilə əlaqəli deyil.”

Yumurta sarısı A vitamini, xolin, B qrup vitaminləri və bir çox xeyirli maddələr ilə zəngindir. Alimlər isə xəbərdarlıq edir, doymuş yağların kişi orqanizmində azlığı testosteron səviyyəsinin düşməsinə səbəb ola bilər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın