Home / GÖRKƏM  / Dama-dama köynək dəbi: hər bir kişidə olmalıdır

Dama-dama köynək dəbi: hər bir kişidə olmalıdır

Kişi dama-dama koynəkləri artıq qarderobun baza geyimlərindən birinə çevrilib. Həm gündəlik, klub və ofis geyimi kimi istifadə edilir. Dama'ın müxtəlifliyi Kişi dama-dama köynəkləri rəng və dama baxımından zəngindirlər. Rəngli, saya, ciddi və parlaq, onlar heç bir zaman

dama dama köynək

Kişi dama-dama koynəkləri artıq qarderobun baza geyimlərindən birinə çevrilib. Həm gündəlik, klub və ofis geyimi kimi istifadə edilir.

Dama’ın müxtəlifliyi

Kişi dama-dama köynəkləri rəng və dama baxımından zəngindirlər. Rəngli, saya, ciddi və parlaq, onlar heç bir zaman dəbdən düşmür. Mövsümdən mövsümə dizaynerlər məşhur dama-dama köynəkləri kolleksiyalarına daxil etməkdə davam edirlər.

dama dama köynək növləri

Madras – sadə pambıq bir parçadan, assimetrik damalarla yay köynəklərinin tikilməsində istifadə olunur. Yaşıl, sarı, çəhrayi, qırmızı və digər rəng çalarlarında ola bilər. Britaniyaya bu dama Hindistandan gəlib. Həmçinin solğun dama olan bleeding Madras növü də mövcuddur.

Gingham – iki rəngli damadan ibarətdir. Ağ-göy, göy-ağ və ağ ilə digər rənglər. Bu damanın ikinci adı Vichy’dir. Gigham aşağıdakı növlərə ayrılır:

• mikrodama – klassik köynəklərin tikilişində istifadə olunur;
• standart – rəngindən asılı olaraq klassik və casual köynəklərin tikilişində istifadə olunur;
• iri – casual köynəklərin tikilişində istifadə olunur.

Tartan və ya şotland daması – iri damadan ibarətdir və adətən uzunqol köynəklərin tikilişində istifadə olunur. Əsasən tünd rənglərdə olur və bir çox hallarda qırmızı rəngi özündə daşıyır. Mini-tartan növü mövcuddur.

Black watch – bu da tartanın bir növüdür. Burada damaları, qara, yaşıl, göy müxtəlif ölçülü xətlər kəsir.

Burberry – Burberry brendinin rəsmi damasıdır, tartan növünə aiddir.

Tattersall – ağ, krem və ya açıq boz fonda damalardan ibarətdir. İngilis klassikasıdır, qeyri-rəsmi görkəmdə çox istifadə olunur.

Glen, Glen check – burada damalar çoxlu sayda xətlərin kəsişməsindən yaranır. Kişi köynəklərində belə dama adətən çəhrayi-ağ, göy-ağ, göy-mavi tonlarda istifadə olunur. Glen damasının bir növü də Prince of Wales Check (Uels şahzadəsinin daması) damasıdır.

Lumberjack plaid, Buffalo check – iri qara-qırmızı damadır. Həmçinin qara-sarı və ya göy-yaşıl tonlarda da rast gəlinir. Adətən bu damanı qış köynəklərin tikilişində istifadə edirlər.

Windowpane plaid – sadə və iri damadır. Nazik birrəng xətlərin kəsişməsidən yaranır.

Dama-dama köynəkləri nə ilə geyinmək lazımdır?

Ofis üçün

Klassik kostyumlar üçün stilistlər sakit ikirəngli minidama köynəklər seçməyi məsləhət bilirlər – Tattersall, Prince of Wales Check, mikrodama Glen. Bu köynəkləri həmçinin klassik şalvar, kardiqan ilə də geyinə bilərsiniz. Qalstuk seçimində isə aşağıdakı şəkil sizə kömək olmalıdır.

dama dama köynək qalstuk ilə

Casual və smart casual

Gündəlik dəb qarderobunu dama-dama köynəksiz təssəvvür etmək mümkün deyil. Casual görkəmi xırda, orta və iri dama köynəklərin mövcudluğunu tələb edir – Windowpane plaid, Burberry, Blackwatch Tartan, Gingham. Saya şalvarlar, rahat idman pencəkləri, cins, trikotaj kardeqan və poluverlər, şərf sizin dəbli görkəminizi tamamlayacaq.

Roker görkəmi

Dama-dama köynəyi roker görkəmində dekorativ element kimi də istifadə etmək olar. Qara cinsin üzərindən belinizdən bağlıya bilərsiz. Görkəmi dəri gödəkçə tamamlaya bilər. İkinci variant kimi uzun t-shirt üzərindən köynəyi geyinə bilərsiniz. Roker görkəmi üçün Black watch, Buffalo check, Tartan damaları uyğundur.

Klub görkəmi

Tartan, Burberry daması və dəbli cins və ya sport kostyum.

Militari görkəmi

Bu görkəmin tərəftardarları Black watch və ya Lumberjack plaid zeytun rəngi tonlarında damalardan istifadə etməlidirlər. Ağ və ya boz t-shirt, gödəkçə, cins, karqo, xaki tonlarda ketlər.

Bütün bu görkəmlərə baxmayaraq, dama-dama köynəklərin funksionallığı sərhədsiz olduğu üçün, sadəcə bir cins və ketlə də sizin görkəminizi “cool” edə bilər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın