Home / İDMAN  / Böyük ayaq əzələləri istəyənlər üçün

Böyük ayaq əzələləri istəyənlər üçün

Yeni başlayanlar və hətta uzun müddət məşq edənlər belə ayağın ön və arxa əzələlərini eyni hesab edib, yalnız çömbəlmə hərəkəti ilə ayaq yekəltməyə çalışırlar. Bu səhv düşüncədir və belə sizlər aylar ilə məşq etsəniz də

ayaq əzələsi

Yeni başlayanlar və hətta uzun müddət məşq edənlər belə ayağın ön və arxa əzələlərini eyni hesab edib, yalnız çömbəlmə hərəkəti ilə ayaq yekəltməyə çalışırlar.

Bu səhv düşüncədir və belə sizlər aylar ilə məşq etsəniz də nəticə əldə etməyəcəksiniz, üstəlik zədə belə ala bilərsiniz. Ayağın ön və arxa əzələləri fərqlidir və onları ayrılıqda məşq etdirmək lazımdır. Üstəlik bud nahiyəsinin iç tərəfi də ayrı əzələ qrupuna aid edilir ki, bu qrupların hər biri üçün İDOL.AZ sizlərə məşq proqramı təqdim edir.

Ayağın ön hissəsi

Ştanqa ilə çömbəlmə 4 yanaşma 12-20 təkrar

Ayaq ön

Qakk-çömbəlmə 4 yanaşma 12-20 təkrar

Ayaq ön_1

Ayaqlar ilə jim 4 yanaşma 12-20 təkrar

Ayaq ön_2

Trenajorda ayaqların açılıb bağlanması 3 yanaşma 12-20 təkrar

Ayaq ön_3

Bəzi məsləhətlər

Ayaqlar ilə jim zamanı çalışın dizləriniz bir-birinə paralel qalsın, yanlara qaçmasınlar. Ayaqlarınız da maksimum yaxın 6-8 sm aralı olmalıdır.

Trenajorda ayaqların açılıb bağlanması hərəkətinə keçməzdən əvvəl istirahət etməkdə fayda var, əks halda yorğun ayaqlar ilə istədiyiniz məşq alınmaya bilər.

Ayaqların arxa hissəsi

Uzanaraq ayaqların qatlanması 3 yanaşma 5-8 təkrar

Ayaq arxa

Ayaq üstə ayaqların qatlanması 3 yanaşma 5-8 təkrar

Ayaq arxa_1

Düz ayaq üstə yerdən dartma 3 yanaşma 5-8 təkrar

Ayaq arxa_2

Ayağın iç hissəsi

Ştanqa ilə enli çömbəlmələr 4 yanaşma 12-20 təkrar

Ayaq iç

Ştanqa ilə önə düşmələr 4 yanaşma 12-20 təkrar

Ayaq iç_1

Trenajorda məşq 4 yanaşma 12-20 təkrar

Ayaq iç_2

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın