Toyuq piroqu
Bugün sizlərə proteinli qidalar seriyasından toyuq piroqunun hazırlanma qaydasını yazacayıq. Olduqca sadə hazırlanma qaydası var və dadlı olur, sınamağa dəyər. Lazım olanlar: 300 qr toyuğun döş əti, 2 ədəd yumurta, 50 qr un, 100 qr rəndələnmiş
Bugün sizlərə proteinli qidalar seriyasından toyuq piroqunun hazırlanma qaydasını yazacayıq. Olduqca sadə hazırlanma qaydası var və dadlı olur, sınamağa dəyər.
Lazım olanlar: 300 qr toyuğun döş əti, 2 ədəd yumurta, 50 qr un, 100 qr rəndələnmiş holland pendiri, 1 ədəd kabak, 1 ədəd qırmızı şirin bibər, 1 çay qaşığı maya, duz.
Hazırlanma qaydası: İlk əvvəl toyuğun döş əti suda bişirilir və sonradan uzun uzun doğranılır. Başqa bir dərin qabda piroqun xəmiri hazırlanır. Burada 2 yumurta, 50 qr un, maya, duz, 50 qr pendir və doğranılmış toyuq əti qarışdırılır. Soba qabına yerləşdirdikdən sonra, üstünə kabaklar və bibərlər halqa şəklində düzülür, pendirin qalan hissəsi səpilir. Piroq 200 dərəcədə 25 dəqiqə bişirlir. Nuş olsun!