Home / XƏBƏRLƏR  / Dünya pasportları sadəcə dörd rəngdə olur və bunun səbəbi

Dünya pasportları sadəcə dörd rəngdə olur və bunun səbəbi

Bilirdinizmi, dünyada pasportlar yalnız dörd rəngdə olur. Hər bir ölkənin isə pasport rənginin seçimində öz səbəbləri var. Qırmızı Ən yayılmış rəng - qırımızıdır. Bu rəngi adətən kommunist keçmişi və bugünü olan ölkələr seçir. Sloveniya, Çin, Serbiya, Rusiya,

Bilirdinizmi, dünyada pasportlar yalnız dörd rəngdə olur. Hər bir ölkənin isə pasport rənginin seçimində öz səbəbləri var.

Qırmızı

qırmızı pasport

Ən yayılmış rəng – qırımızıdır. Bu rəngi adətən kommunist keçmişi və bugünü olan ölkələr seçir. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumıniya, Polşa, Gürcüstan vətəndaşlarının pasportu qırmızıdır. Avropa Birliyi ölkələri də (Xorvatiya xaric) pasportlarında qırmızı rəngin müxtəlif tonlarını istifadə edirlər. Avropa Birliyinə daxil olmaq istəyən Türkiyə, Albaniya və Moldova da bir neçə il əvvəl pasportda qırmızı rəngə keçid etmişdirlər. Həmçinin And ölkələrinə aid olan Boliviya, Kolumbiya, Ekvador və Peru kimi ölkələrin vətəndaşları da qırmızı pasporta malikdirlər.

Göy

göy pasport

Sayca ikinci ən çox yayılmış rəng isə – göydür. 15 Karib ölkəsinin pasportları göy rəngdədir. Göy rəng “yeni dünya”nın simvoludur. Cənubi Amerika ölkələrinin blokunda isə göy rəng Merkosur – ticarət birliyinin simvoludur. Bura Argentina, Braziliya və Paraqvay daxildir. Venesuela bu bloka daxil olsa da, onların pasportu qırmızı rəngdədir. ABŞ göy rəngə 1976-cı ildə keçid edib.

Yaşıl

yaşıl pasport

Əksər müsülman ölkələrinin pasportu yaşıl rəngdədir. Mərakeş, Səudiyyə Ərəbistan, Pakistan. Yaşıl rəng peyğəmbərin sevimli rəngi olub və təbiət, həyat mənasını daşıyır. Bəzi Qərbi Afrika ölkələrində də pasportlar yaşıl rəngdədir, Nigeriya, Nigera, Burkino Faso, Seneqal, Fil sümüyü sahilləri. Burada yaşıl rəng Qərbi Afrika ölkələrinin iqtisadi birliyini əks etdirir. Bildiyiniz kimi Azərbaycan Respublikasının vətəndaşları da yaşıl pasporta malikdirlər.

Qara

qara pasport

Ən nadir pasportlar isə – qara pasportlardır. Bəzi Afrika ölkələri (Botsvan, Zambiya, Burunda, Qabon, Anqola, Çad, Konqo, Malavi və sair) və Yeni Zenlandiya vətəndaşlarının pasportları qara rəngdədir. Yeni Zenlandiyada qara rəng milli rəng hesab edilir.

Dünya pasportlarının XƏRİTƏSİ

pasport xəritəsi

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın