Home / İDMAN  / Relyefli bədənə necə sahib olmaq olar

Relyefli bədənə necə sahib olmaq olar

Arıqlamaq - işin sadəcə yarısıdır. Sizlər artıq çəkidən azad olduqdan sonra, bədəninizi relyefli etməyə çalışmalısınız. Bədəni relyefli əzələlər bəzəyir. Bəs buna necə nail olmaq olar? Cavabı aşağıdadır. 1. Sizin bədəninizdə relyeflik niyə çatışmır İki səbəb ola bilər: ya

relyefli bədən

Arıqlamaq – işin sadəcə yarısıdır. Sizlər artıq çəkidən azad olduqdan sonra, bədəninizi relyefli etməyə çalışmalısınız.

Bədəni relyefli əzələlər bəzəyir. Bəs buna necə nail olmaq olar? Cavabı aşağıdadır.

1. Sizin bədəninizdə relyeflik niyə çatışmır

İki səbəb ola bilər: ya əzələləriniz yetərincə inkişaf etməyib, ya da əzələlər yağ qatları altında gizlədilib. Bundan asılı olaraq öz rasion və məşq cədvəlinizi qurmalısınız.

Birinci halda sizin işiniz əzələ kütləsinin artırılmasında (ağır çəkilərlə məşq), ikinci halda isə sizin işiniz lazımsız yağ qatının əridilməsidir (kardioməşqlər). Vacib bilmək lazımdır ki, hər iki istiqamətdə məşq etmək olmaz və ya məqsədə uyğun deyil. Əgər siz yeni başlayırsınız isə, ilk növbədə piylərinizi əridin və daha sonra əzələ kütləsini artırmağa başlayın.

2. Qidanıza nəzər yetirin

Bodibilderlər kimi “quruma” prosesinə oturmaq lazım deyil. Bu hallar sizin üçün xoşagəlməz sağlamlıq nasazlıqları ilə nəticələnə bilər. Əgər sizə əzələ yığmaq lazımdırsa, rasionunuzda yağsız kəsmiyi, toyuq, mal, balıq ətlərini bol edin.

Əgər əzələləriniz piy qatı altında gizlənibsə, daha az kalorili qidalar qəbul edin, duzlu az yeyin, daha çox kaliy tərkibli qidalara üstünlük verin – qayısı qurusu, tərəvəzlər. Lobyalıları rasionunuza əlavə edin.

Sudan imtina etməyin. Bilin ki, suyun vasitəsi ilə orqanizmdən bir çox toksinlər azad olur.

3. Məşq sxeminizdə dəyişikliklər edin

Adi sxem “bir-iki güc məşqləri və kardio” kimidirsə, arıqlamaq istəyənlər üçün bu biraz fərqlidir. Misal üçün, hər məşq ən az 20-25 dəqiqə, ən çox isə 40-45 dəqiqə qaçış və velotrenajor kimi kardioməşqlər ilə yekunlaşmalıdır.

4. Ağırlıqların düzgün seçimi

Hər kəs bilməlidir ki, qantel və ştanqasız relyefli bədənə sahib olmaq mümkün deyil. Lakin onların çəkisi elə olmalıdır ki, siz 3 yanaşma və 15-20 təkrar qədər məşq edə biləsiniz. Bütün hərəkətləri tələsmədən, hiss edərək etmək lazımdır. Az çəkilər ilə və sürətli məşqləri yalnız “quruma” prosesində olanlar edir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın