Home / QİDA  / Protein tozları-təhlükəli tərkib

Protein tozları-təhlükəli tərkib

Bu yeddi maddə keyfiyyətli protein tozunda olmamalıdır. Niyə belə tərkib təhlükəlidir? İzahı aşağıda. 1: Enerji gətirən Taurine. Taurin enerji içkilərinin əsas maddələrindən hesab olunur. Bunun istifadəsi ilə istehsalçı məhsulun istifadəsi zamanı enerji axınının hiss edilməsini istəyir. Lakin

wheyprotein

Bu yeddi maddə keyfiyyətli protein tozunda olmamalıdır. Niyə belə tərkib təhlükəlidir? İzahı aşağıda.

1: Enerji gətirən
Taurine. Taurin enerji içkilərinin əsas maddələrindən hesab olunur. Bunun istifadəsi ilə istehsalçı məhsulun istifadəsi zamanı enerji axınının hiss edilməsini istəyir. Lakin bilmək vacibdir ki, daimi taurin qəbulu yuxusuzluğa səbəb olur ki, bu da sağlamlıq üçün müsbət hal deyil.

2: Hidrolizləşdırılmış zülal
Hydrolyzed Whey Protein Isolates. Hidroliz prosesində zülal istilik, mexaniki və kimyəvi işlənmə prosesindən aminoturşulara ayrılır. Bu prosesin mənfi tərəfi ondadır ki, yeni yaradılmış aminoturşular qlutamata çevrilə bilirlər ki, bu da beyin neyronlarını məhv edə bilir.

3: Şəkər əvəzləyiciləri
Sweeteners: Sodium Cyclamate, Acesulfame-K and Sodium Saccharin. Belə istehsalçı məhsulun dadını şirinləşdirici maddələr ilə gizlətməyə çalışır. Aspartam isə bunun üçün ən arzuolunmaz seçimdir.

4: Eksitoksinlər
L-Aspartic Acid, L-Cysteine, Taurine. Belə maddələrin insan orqanizminə mənfi təsirini bilməkdə fayda var. Xüsusən də təsir birbaşa əsəb sisteminə yönəldilir.

5: Soya və qarğıdalı elementləri
Soy Lecithin, Corn Maltodextrin. Bu maddələr yapışdırıcı rol oynayırlar. Lakin bu proteinin daha aşağı keyfiyyətindən xəbər verir. Genetik dəyişdirilmiş soya isə (ABŞ istehsalı olan soyaların 90% geni dəyişdirilmiş hesab edilir) hormonal səviyyəni aşağı sala bilər.

6: Qatılaşdırıcılar
Gum Blend (Cellulose Gum, Xanthan Gum, Carrageenan). Məhz bu maddələr bir çox fast fud kokteylərində istifadə olunur. Bu maddələrin mövcudluğu kokteylərin daha da qatı etmək istəyinin olmasıdır. Lakin bu zaman mədə daha gec həzm edir və protein qəbulu faktiki azalır.

7: Sintetik şəkər
Dextrose, Maltodextrin. Bu maddələrin çox olması, sizin şəkərə görə əlavə pul ödədiyinizi göstərir. Bu maddələr protein tozunda əsas rol oynayır və orqanizmə lazımsız şəkər axınından başqa heç bir şey vermir.

Bu siyahıda əlbəttə ki, ən təhlkəli maddələr taurin və aspartamdır. Bu maddələr neyronların məhvinə gətirir və sağlam həyat tərzinə ziddirlər.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın