Home / GÖRKƏM  / Kişi intim gigiyenası: 3 məsləhət

Kişi intim gigiyenası: 3 məsləhət

Cinsi orqanlara düzgün qulluq xoşagəlməz iylərdən və ən əsası xəstəliklərdən qoruyacaq. Əksər kişilər intim gellərin yalnız qadınlar üçün olduğunu və təmiz iy yalnız qadınlardan gəlməli olduğunu düşünürlər. Kişilər üçün olan intim vasitələr nəticədə market rəflərində tozlanırlar.

Cinsi orqanlara düzgün qulluq xoşagəlməz iylərdən və ən əsası xəstəliklərdən qoruyacaq.

Əksər kişilər intim gellərin yalnız qadınlar üçün olduğunu və təmiz iy yalnız qadınlardan gəlməli olduğunu düşünürlər. Kişilər üçün olan intim vasitələr nəticədə market rəflərində tozlanırlar. Bu əlbəttə ki, yalnış fikirdir. İDOL.AZ olaraq hər kəsi təmizliyə dəvət edirik və bir neçə məsləhət hazırlamışıq.

Yuyunmaq

Bu hər bir kişinin şübhəsiz gündəlik məcburi prosedurudur. Bakteriyaların yaranmaması, çoxalmaması üçün sidik ifrazatından belə sonra mütləq yuyunmalısınız. Əks təqdirdə sidik qalıqları alt paltarınıza düşərək, orada bakteriyaların yaranmasına səbəb olacaqdır.

İntim gigiyena vasitələri

Adətən adi inti gigiyena vasitələr qızartı, qaşıntılara səbəb olur. Özünüzü yormayın xüsusi gel və ya sabundan alın və istifadə edin.

Alt paltarı

Bakteriyalar üçün əlverişli şərait yaratmamaq üçün dar və sintetik materialdan olan alt paltarlardan istifadə etməyin. İdeal olaraq, təbii pambıqdan ailə və bokser alt paltarlarıdır.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın