Home / BİZNES  / Skandinavların dünyanın ən xoşbəxt insanları olmalarının 4 səbəbi

Skandinavların dünyanın ən xoşbəxt insanları olmalarının 4 səbəbi

Dünyada xoşbəxtlik səviyyəsi mövzusunda Danimarka, Norveç və İsveç bütün reytinqlərin önündə gəlir. Əlbəttə, bunun əsas səbəbi kimi həmin ölkələrdə yaşayış səviyyəsinin çox yüksək olmasını göstərmək düzgündür. Lakin skandinavlara xas bir neçə xüsusiyyət də mövcuddur ki, bu

skadinavlar

Dünyada xoşbəxtlik səviyyəsi mövzusunda Danimarka, Norveç və İsveç bütün reytinqlərin önündə gəlir.

Əlbəttə, bunun əsas səbəbi kimi həmin ölkələrdə yaşayış səviyyəsinin çox yüksək olmasını göstərmək düzgündür. Lakin skandinavlara xas bir neçə xüsusiyyət də mövcuddur ki, bu ölkələrin insanlarının xoşbəxtliyinə birbaşa təsir edir.

1. Sadəlik və başqalarına qarşı hörmət hissi

Skandinaviya ölkələrində Yante adlanan qanun var – bu qaydalar insanlar arasında olan münasibətlərin tənzimlənməsində böyük rol oynayır. Bu qaydalara əsasən, insan özünü heç vaxt digərlərindən ağıllı hesab edib, təvazökarlıqdan əl çəkməməli, başqalarını alçaltmamalıdır. Skandinavlar özləri bəzən bu qanuna gülsələr də, əslində bu qaydalar onların cəmiyyətində dostyana atmosferin yaranmasına, sülh içində yaşamalarına çox böyük kömək edir. Bundan əlavə, bu qaydalar insanları boş lovğalıqdan da qoruyur.

2. İş və şəxsi həyatın balansı

Skandinavlar çox yaxşı bilir ki, həm ailəyə, həm də işə kifayət qədər vaxt ayırmaq lazımdır. Danimarkada bir çox ofislər artıq saat 5-də bağlanır və heç kim artıq iş görməyə məcbur edilmir. Həftəsonu işə çıxmaq barədə isə ümumiyyətlə söhbət gedə bilməz. Norveçdə isə bu yaxınlarda 6 saatlıq iş günü qüvvəyə mindi. Bu cür olduqda, həm effektivlik azalmır, həm də insanlar öz ailələri ətrafında xoş vaxt keçirmək üçün vaxt tapır.

3. Doğma ocağın istiliyi

Danimarkalıların “hygge” deyə çox maraqlı bir sözləri var – bu sözün mənası doğma ocağın, evin rahatlığı ilə yanaşı, həm də yaxınlarınla ünsiyyətdən yaranan istilikdir. Bu, bəzən şam işığında və ailənin yığışması, şirin-şirin söhbətləşməsi anlarında baş verir. Hygge – rahatlıq, dəstək və yaxınlarının diqqətidir.

4. Real istəklər

Malin Rudal “Danimarkalı kimi xoşbəxt olmaq” kitabında öz xalqının xoşbəxtlik sirrini paylaşıdr. Burada əsas olaraq, insanın istəklərinin reallığa uyğun olması, ambisiyalarının düzgün formalaşdırılmasını göstərir. Düşündükdə özünüz də əmin olacaqsınız ki, bir çox hallarda öz istəklərinizdə reallıqdan kənara çıxdığınız üçün məyus olmusunuz.(pahoo.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın