Ən effektiv məşq hərəkətləri
1987-ci ildən buraxılan Mens Fitness jurnalı kişilər üçün ən effektiv məşq hərəkətlərini müəyyənləşdirib. İDOL.AZ olaraq bu hərəkətləri sizlərə təqdim edirik. Yerdən dartma Şübhəsiz ki, bütün məşqlərin kralı məhz yerdən dartmadır. Bu hərəkət zamanı bütün bədəninizin əsas əzələləri
1987-ci ildən buraxılan Mens Fitness jurnalı kişilər üçün ən effektiv məşq hərəkətlərini müəyyənləşdirib. İDOL.AZ olaraq bu hərəkətləri sizlərə təqdim edirik.
Yerdən dartma
Şübhəsiz ki, bütün məşqlərin kralı məhz yerdən dartmadır. Bu hərəkət zamanı bütün bədəninizin əsas əzələləri hərəkət edir. Orqanizm küllü miqdarda testosteron ifraz edir ki, bu da əzələlərin inkişafında əsas hormondur. Əksər idmançıların məşq planlarında daim yer alan yerdən qaldırma hərəkəti, kişilər üçün əsas məşq hərəkətlərindən biri hesab olunur.
Ştanqa ilə çömbəlmə
Yerdən dartma hərəkətində olduğu kimi, çömbəlmə zamanı da bir çox əzələ qrupu hərəkət edir. Bu məşq hərəkəti ayaq əzələlərinin inkişafı proqramında kişilər üçün vacib hesab olunur. Bu məşq sizin qaçış sürətinizi və hündürlüyə tullanma göstəricinizi yaxşılaşdırmağa kömək edir.
Uzanaraq jim
Kişilər arasında ən çox yayılmış məşq hərəkətidir. Fiziki gücü artırır, sinə əzələlərinin düzgün inkişafına xidmət edir. Həmçinin çiyin və triseps əzələlərini işlədir. Testosteron ifrazatını stimullaşdırır.
Rumın dartması
Belin aşağı hissəsi və yan əzələlərinin inkişafında kişilər üçün əvəzolunmaz məşq hərəkətidir. Bu məşq hərəkəti həmçinin bel ağrılarına qarşı müsbət təsir göstərir.
Çəki daşları ilə açılmalar
Bu hərəkəti düzgün yerinə yetirdiyiniz zaman ani gücünüzü artırır, yan və çiyin əzələlərinizi işlədirsiniz və üstəlik kardio-yükü də alırsınız.
TRX’də jim
Müasir məşqçilər TRX kəmərlərində jimin olduqca effektiv olduğunu qeyd edir. Qolların stabil qalmaması əzələlərin intensivliyini arıtrır və nəticədə gücünüzün qısa bir zamanda artmasına şərait yaradılır. Bu məşq hərəkəti çiyin sağlamlığına müsbət təsir edir.
Dartınma
Uşaqlıqdan hər kəsin bildiyi bir məşq hərəkəti. Bədəninizin yuxarı hissəsinə olan effektivliyi şübhə altına salına bilməz.
Tibbi top ilə atışlar
Pres məşqlərinin ən qeyri adisi və olduqca effektivi hesab olunur. Tibbi top ilə məşq bədəninizin mərkəzini işlədir, bu zaman pres əzələləri işə düşür, üstəlik kardio etmiş olursunuz.
İsveç topunda məşq
Bu hərəkət də az yayılmasına baxmayaraq, olduqca effektiv hesab olunur. Əgər pres çıxartmaq istəyirsiniz isə bu hərəkəti məşq planınıza mütləq əlavə etməlisiniz. Bu hərəkət zamanı presləriniz olduqca yüksək gərginliyə məruz qalırlar ki, əks halda pres “çıxartmanız” mümkün deyil.
“Fermer gəzintisi”
Güc göstəricilərinizin artırılması üçün bu hərəkəti məşq planına əlavə edə bilərsiniz. Məşqin sonunda 30-35 kq qantellərlə zalda 30 saniyə gəzsəniz, məşq çəkilərinizi tez bir zamanda artıra biləcəksiniz.
Ayaq üstə ştanqa ilə jim
Bu məşq hərəkəti çiyin və sinə əzlələri ilə bərabər, pres əzələlərinizi də işlədir, testosteron ifrazatını stimullaşdırır.
Vacibdir: əgər hansısa məşq hərəkətinin yerinə yetirilmə texnikası sizə məlum deyilsə, mütləq mütəxəssislərdən məsləhət almalısınız. Bu sizlərə zədələrdə qaçmağa və nəticələrinizi tez bir zamanda yüksəltməyə kömək edəcək.