Home / QİDA  / Proteinli qida – Yumurta dolması

Proteinli qida – Yumurta dolması

İDOL.AZ olaraq, daim kişilər üçü praktik və eyni zamanda xeyirli qidalar axtarmağa davam edirik. Bugün sizlərə protein bombası olan yumurtadan bişirə biləcəyiniz dolma haqqında yazı təqdim edirik. Yumurta dolmasının hazırlanması üçün lazım olan ərzaqlar: 5 ədəd

yumurta dolması

İDOL.AZ olaraq, daim kişilər üçü praktik və eyni zamanda xeyirli qidalar axtarmağa davam edirik. Bugün sizlərə protein bombası olan yumurtadan bişirə biləcəyiniz dolma haqqında yazı təqdim edirik.

Yumurta dolmasının hazırlanması üçün lazım olan ərzaqlar: 5 ədəd yumurta, 500 qram yağsız qiymə (bunu döş əti qiyməsi ilə də əvəz edə bilərsiniz), 1 dəstə təzə soğan, 2 diş sarımsaq, 2 xörək qaşığı xardal, 3 xörək qaşığı zeytunyağı, 1 xörək qaşığı qarğıdalı və ya buğda unu, duz, istiot.

Qızartmaq üçün:

* yarım stəkanı buğda unu;
* 2 dənə çırpılmış yumurta;
* 1 stəkanı çəkilmiş suxari unu;
* zeytun yağı.

Hazırlanma qaydası:

Əvvəlcədən otaq temperaturuna gətirdiyiniz yumurtalara bir miqdar duz əlavə edərək qaynar suda 3-4 dəqiqə bişirin. Yumurtalar az bişmiş olmalıdır. Oddan götürdüyünüzdən sonra yumurtaları soyuq suda soyudun, qaynar suda saxlamayın. Yumurtaları soyun və üzərindəki nəmi kağız dəsmalla yığın.

Qiyməni xırda doğranmış təzə soğan, rəndələnmiş sarımsaq və digər qeyd olunan ədviyyat və ərzaqlarla bir qabda qarışdırın. Yumurtanın sayına görə bərabər hissələrə bölün (cari reseptdə 5 hissə, hər bir yumurtaya 100 qram qiymə lazımdır.). Qiyməni əlinizdə açın və soyulmuş yumurtanı qiymə ilə örtün. Çalışın qiymə bərabər paylansın, yani bir tərəf qalan digəri nazik olmasın.

Hazırladığınız dolmaları ilk öncə una, sonra yumurtaya və daha sonra suxariyə batıraraq, qızdırılmış yağda 3-4 dəqiqə qızardın. Sonda qızardılmış dolmaları kağız dəsmalının üzərinə qoyaraq, yağın çəkilməsini gözləyin və nuş edin. Nuş olsun! (1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın