Home / XƏBƏRLƏR  / WhatsApp və Skype’ı hansı qurumlar bloklayır?

WhatsApp və Skype’ı hansı qurumlar bloklayır?

Məlum olduğu kimi, bir neçə gündür WhatsApp və Skype ilə beynəlxalq danışıqlara məhdudiyyətlər tətbiq edildiyi ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz bildirib ki, hazırda hər kəs bu problemin

skype

Məlum olduğu kimi, bir neçə gündür WhatsApp və Skype ilə beynəlxalq danışıqlara məhdudiyyətlər tətbiq edildiyi ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz bildirib ki, hazırda hər kəs bu problemin səbəbini axtarır.

Ekspert hesab edir ki, bu məsələyə aydınlıq gətirəsi yeganə qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir:

“Hələlik sektorda tənzimləyici qurum bu Nazirlikdir. Təəssüf ki, bu qurum da rəsmi açıqlama verməyib”.

Forum prezidenti qeyd edib ki, apardıqıları araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər NRYTN–nin göstərişi ilə mobil operatorlar və backbone provayderlər tərəfindən həyata keçirilib:

“Bizdə artıq çox doğru olaraq təcrübə formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır. Düşünürəm ki, bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik məqsədləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə həyata keçirilib. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil k, internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur”.

Onun sözlərinə görə, atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır:

“Bu isə qanunvericiliklə həll olunmalıdır. Düşünürəm ki, dezinformasiyaların yayılmaması üçün real vəziyyətlə bağlı NRYTN-nin açıqlama verməsi doğru olardı. Xüsusən də bizdə artıq bloklanma ilə bağlı yenicə qəbul olunan qanunumuz var. Eyni zamanda texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı-ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır”. (xeberler.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın