Home / SAĞLAMLIQ  / Həzm prosesini yaxşılaşdırmağın 4 yolu

Həzm prosesini yaxşılaşdırmağın 4 yolu

Yedikləriniz tez həzm olunmur? Siz bu prosesi tezləşdirə, metobolizmi düzəldə və formada olan yaraşıqlı kişi ola biləcəksiniz. Çox çeynəyin, az-az udun Həzm edən şirələr sizin qidanızın yalnız 1 ml dərinliyinə qədər keçə bilir. Böyük bir şey udsanız

həzm prosesi

Yedikləriniz tez həzm olunmur? Siz bu prosesi tezləşdirə, metobolizmi düzəldə və formada olan yaraşıqlı kişi ola biləcəksiniz.

Çox çeynəyin, az-az udun

Həzm edən şirələr sizin qidanızın yalnız 1 ml dərinliyinə qədər keçə bilir. Böyük bir şey udsanız bilin ki, onlar gec həzm olunmaqla bərabər, sizə xeyrdən çox ziyan gətirəcəklər. Yadınızda saxlayın ki, sizi həzm olunanlar qidalandırır, udduqlarınız deyil.

Bir gün ərzində 5 dəfədən 12 dəfəyə qədər qidalanmaq

Tez-tez az-az qidalanın. Qidanın üstündən su içməyin – mədə şirələrinə mane olur. Qidanı qəbul etməzdən 20 dəqiqə əvvəl və ən azı 40 dəqiqə sonra maye qəbul olunmalıdır. Bu çay, şirə, kofe və protein kokteyllərinə aid edilmir.

Səhər idmanı

Səhər idmanı həzm prosesini yaxşılaşdırır. Bunun üçün sizlərə 10-20 dəqiqə də kifayətdir. Kardio, dartınma, pres. Birincisi əzələlərinizi oyadır, digərləri həzm orqanlarını masaj edir. İdmandan sonra bir stəkan su için və 20 dəqiqə sonra səhər yeməyi yeyə bilərsiniz.

Çox yeməyin

“Yaxşı yemək” ilə “görməmişliyi” ayırmağı bacarın. Norma gündə 2-3 dəfə “yaxşı yemək”dir. Digər hallarda sadəcə yüngül qidalar icazə verilir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın