Home / QİDA  / Orucluqda idmançı necə qidalanmalıdır

Orucluqda idmançı necə qidalanmalıdır

Ramazan ayında nə zaman idmana vaxt ayırmalıyıq? Necə qidalanmalıyıq? İdman üçün ən düzgün vaxt seçimi əlbəttə ki, iftardan sonra olan müddətdir. Qida əlavələri Ramazan ayında qida əlavələrinin xüsusi önəmi var. İstədiyiniz qida əlavələrini istifadə edə bilərsiniz, lakin aşağıdakılar

Ramazanda idmançı qidalanması

Ramazan ayında nə zaman idmana vaxt ayırmalıyıq? Necə qidalanmalıyıq?

İdman üçün ən düzgün vaxt seçimi əlbəttə ki, iftardan sonra olan müddətdir.

Qida əlavələri

Ramazan ayında qida əlavələrinin xüsusi önəmi var. İstədiyiniz qida əlavələrini istifadə edə bilərsiniz, lakin aşağıdakılar mütləq iştirak etməlidir:

* Protein: Whey protein olmasına fikir verin. Whey protein tez həzm olunur və qana qarışır. Bununla da lazımi komponentlər tez bir zamanda əzələlərə çatır.

* BCAA: Əzələlərin parçalanmaması üçün BCAA qəbulu vacibdir. BCAA Whey proteinindən də tez həzm olunur və əzələlərə çatır.

İmsak

İmsakda bir qayda dəyişikliyi yoxdu, burada yumurta, yulaf, qara çörək, kəsmik mütləq iştirak etməlidir.

İftar

İftardan sonra məşq edəcəksiniz isə onda yüngül qidalanmalısınız.

Sizə təxminən 40 qr zülal və 60-80 qr karbohidrat lazım olacaq. Zülal üçün mal əti, balıq və toyuq, karbohidrat üçün yulaf, makaron, bulqur, düyü yeyə bilərsiniz.

Misal üçün, 100 qr toyuğun döş ətində 21 qr zülal olduğu üçün 200 qr toyuq və 100 qr makaron (62 qr karbohidrat) yeyə bilərsiniz.

Yusif Əliyev (@yusifeliyev_)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın