Home / İDMAN  / Oruc tutaraq bədən formasını necə qorumaq olar

Oruc tutaraq bədən formasını necə qorumaq olar

Ramazan əvvəli nizamlı məşq edib, Ramazan ayı boyunca isə məşqə laqeyd yanaşmanız formanızın 30-40 % zərər görməsinə səbəb ola bilər. Bu bir aylıq geriləməyə ancaq 5-6 həftə məşq etdikdən sonra qayıda biləcəksiniz. Bu səbəblə əsla

orucluqda məşq

Ramazan əvvəli nizamlı məşq edib, Ramazan ayı boyunca isə məşqə laqeyd yanaşmanız formanızın 30-40 % zərər görməsinə səbəb ola bilər.

Bu bir aylıq geriləməyə ancaq 5-6 həftə məşq etdikdən sonra qayıda biləcəksiniz. Bu səbəblə əsla məşq etməkdən uzaq durmayın. Bu müddətdə gün boyu ac qalınacağı üçün ciddi mineral və su itkisi yaşayacaqsınız. Bu da bədənin zəif düşməsinə səbəb olacaq.

İftardan əvvəl və sonra məşq edin

Səhər saatları günün digər vaxtlarına görə daha sərin olur amma bu saatda edilən məşqlər daha çox maye və enerji itkisinə səbəb olacağı üçün, günün digər vaxtları çox çətin keçir. Buna görə Ramazan ayında ən ideal məşq saatları, iftardan 1,5 saat əvvəl və iftardan 1,5 saat sonra kimi qeyd olunur.

Beləliklə, məşqdən sonra su içilip, yemək yeyə biləcəyiniz üçün ac qarınına məşq etmənin mənfi təsirlərinə ən az şəkildə məruz qalmış olarsınız. Ramazan ayında xüsusilə bütün bədəni işlədən məşqlərə üstünlük verməyinizi təklif edirik. Bütün əzələ qruplarını işlədəcəyiniz üçün hər gün ayrı bir bölgə üçün işləmək lazım olmayacaq.

Nəticədə gün ərzində həddindən artıq az məşq edərək həm bədəninizin istirahət etməsinə icazə vermiş olacaqsınız, həm də həftədə üç günlük məşq planlaması ilə formanızı qoruyacaqsınız.

Bütün gün ac qalan bədənin çox təkrara və çox ağırlığa məruz qalması, müxtəlif zədələrə də səbəb ola bilər. İki set 10-12 təkrar arası işlər bu dövr üçün idealdır.

Digər diqqət yetirməniz lazım olan nöqtə isə məşq müddətlərinin qısa tutulmasıdır. Bu dövr məşq müddətləri 30-45 dəqiqədən uzun olmamalıdır.

Kifayət qədər yatmağa da diqqət etməlisiniz. Mütləq yeddi səkkiz saat yatmanızı məsləhətdir. Gün içində aclıqdan qaynaqlanan halsızlığa, yanına yuxusuzluq əlavə olunduğu zaman, özünüzü yığışdırmaq bir xeyli çətin olacaq.

Unutmamaq lazımdır ki, bu dövrdə inkişafdan çox formanızı qorumağa və əzələ itkisi yaşamamağa fokuslanmaq lazımdır. Doğru qidalanma taktikasını da dəstəkləyərək bunu bacara bilərsiniz.(adem.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın