Home / QİDA  / Proteinli qida: Göbələkli noxud

Proteinli qida: Göbələkli noxud

Jurnalımız növbəti protein bombası olan yeməyi sizlərə təqdim edir. Bu səfər göbələk və noxud bir yerdə. Lazım olan ərzaqlar: 1,5 su stəkanı bişmiş noxud, 2 ədəd soğan, 2 yemək qaşığı pomidor tomatı, 250 qram göbələk, zeytun

göbələkli noxud

Jurnalımız növbəti protein bombası olan yeməyi sizlərə təqdim edir. Bu səfər göbələk və noxud bir yerdə.

Lazım olan ərzaqlar: 1,5 su stəkanı bişmiş noxud, 2 ədəd soğan, 2 yemək qaşığı pomidor tomatı, 250 qram göbələk, zeytun yağı, 2 dənə pomidor, duz, istiot.

Hazırlanma qaydası:
Noxudları əvvəlcədən bişirib qabıqlarını soyun. Qazanı qızdıraraq içərisinə zeytun yağı əlavə edin. Doğradığınız soğanları qazanda qovurun və daha sonra iri doğradığınız göbələkləri soğanlarla birlikdə qovurun.

Pomidorların qabıqlarını soyub rəndələyin. Göbələklər suyunu salıb çəkəndən sonra tomatı və pomidorları əlavə edin.
Daha öncədən hazırladığınız noxudları əlavə edərək noxudların üzərini bir barmaq keçənə qədər soyuq su əlavə edin. Duz və istiotu əlavə edin.

Qazanın qapağını örtərək vam odda noxudlar yaxşıca bişənə qədər bişirin. Saxsıda uzun zaman vam odda bişirə bilərsiniz və ya tək adamlıq saxsıda üzərini folya ilə örtərək 200 dərəcəlik sobada 30 dəqiqə bişirə bilərsiniz. Nuş olsun!(1001dad.com)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın