Home / XƏBƏRLƏR  / Azərbaycanlı aktyor Hollywood ilə əməkdaşlığa başlayır

Azərbaycanlı aktyor Hollywood ilə əməkdaşlığa başlayır

Sain Fərmanlı Australia Stunt Academy tərəfindən təşkil olunan Hollywood Advanced Stunt Course akademiyanın rəhbəri Colin Handley tərəfindən dəvət alıb. Dəvət məktubunda, Handley aktyorumuzun fəaliyyətini bəyəndiyini və Hollywood'da kurslar keçməyi və əməkdaşlıq əlaqələrini gücləndirməyə dəvət edib.

Fərhad Fərmanli

Sain Fərmanlı Australia Stunt Academy tərəfindən təşkil olunan Hollywood Advanced Stunt Course akademiyanın rəhbəri Colin Handley tərəfindən dəvət alıb.

Dəvət məktubunda, Handley aktyorumuzun fəaliyyətini bəyəndiyini və Hollywood’da kurslar keçməyi və əməkdaşlıq əlaqələrini gücləndirməyə dəvət edib. Hal-hazırda Sain Hollywood’dadır. Onun təklif aldığı şəxslər isə filmlərdə döyüş səhnələrinin xoreoqrafları, kaskadyor və aktyorlarıdır. Bu şəxslər əksər Hollywood ulduzları ilə əməkdaşlıq edirlər.

Sain Fərmanlı artıq bir neçə tanınmış simalar ilə sıx əlaqə qurmağı bacarıb. Bunlara misal olaraq, təlim aldığı, dostlaşdığı və hətta Hollywood’da olduğu müddətdə evində qonaq olduğu Antony De Longisi qeyd etmək olar, həmçinin Dale Gibson, Lane Leavitt, Scott Leva, Tony Snegoff və başqalarını əlavə edə bilərik.

Hal-hazırda aktyorumuz Hollywood’da əməkdaşlıq üçün əlaqələri gücləndirir və müqavilələrin olması gözlənilir.

Aktyorumuz artıq bir neçə dəvətlərə də qatılıb. Oscar səviyyəsində keçirilən Taurus Award gecəsinə qonaq kimi qatılan Fərmanlı dünya şöhrətli stunt cordinator’larla görüşüb və əməkdaşlıq barədə fikir mübadiləsi aparıb. Aktyor ölkəmizin az tanındığını təəssüf ilə bildirib.

Sain Fərmanlı potensialına güvəndiyini qeyd edib, hətta yetərli dəstək olarsa bir döyüş filmində baş rol oynayaraq, Azərbaycan filmini dünyada tanıtmağa qadir olduğunu deyib.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Sorry, the comment form is closed at this time.