Home / GÖRKƏM  / Diqqəti necə cəlb edə bilərsiniz

Diqqəti necə cəlb edə bilərsiniz

Qadınlar kişiləri xarici görünüşlərindən başqa, davranış qabiliyyətləri ilə də dəyərləndirirlər. Biraz davranış qaydanızı dəyişərək daha cazibədar ola bilərsiniz. Amerikan internet media-şirkəti BuzzFeed qadın ziyarətçilər arasında sorğu aparıb və nəticələr aşağıda verilib: Kişi necə diqqəti cəlb edə bilər 1.

attractive man

Qadınlar kişiləri xarici görünüşlərindən başqa, davranış qabiliyyətləri ilə də dəyərləndirirlər. Biraz davranış qaydanızı dəyişərək daha cazibədar ola bilərsiniz.

Amerikan internet media-şirkəti BuzzFeed qadın ziyarətçilər arasında sorğu aparıb və nəticələr aşağıda verilib:

Kişi necə diqqəti cəlb edə bilər

1. Hansı kişi daha “cool” hesab edilir? Flirt zamanı gülümsəyən, yoxsa ciddi görünüşə malik olanlar?

82% qadın gülümsəyən kişiləri seçib və yalnız 18% qadın ciddi kişiləri bəyəndiklərini qeyd edib.

2. Hansı kişi daha yaxşıdır? Daha sadə və sakit, yoxsa daha yekexana və özündən razı kişilər?

60% qadın sadə kişiləri seçib. Lakin 40% qadın isə ərkək tipli kişiləri seçib.

3. Qadının gözündə kişi necə cazibədar ola bilər? Söhbət zamanı əllərini işlədən, yoxsa söhbət zamanı əllərini istifadə etməyən?

56% qadın söhbət zamanı emosiyalarını əlləri ilə göstərən kişiləri seçdikləri halda, 44% qadın bunu sevmədiklərini deyib.

4. Qadınlar üçün maqnit olmağın yolu? Daha aktiv və enerjili danışan kişi, yoxsa daha təmkinli, aşağı tonlarda, kişi səsi?

54% enerjili söhbəti seçdikləri halda, 46% qadın daha sakit və kişi səsini seçib.

5. Hansı kişilər yaraşıqlıdır? Söhbət zamanı daim kənarlara baxan, yoxsa söhbət zamanı daha diqqətli olan?

86% qadın daha diqqətli kişiləri sevir və yalnız 14% qadın fikri yayılan kişiləri yaraşıqlı hesab edirlər.

6. Qadınların gözündə cazibədar necə olmaq olar? Kişi keçmiş sevgilisi barəsində təmkinli və heç bir “çirkli” söz demədən danışır, yoxsa xasiyyətinin pis olduğunu və yola getmədiyini deyərək ayrıldığını deyir.

58% qadın birinciləri, 42% qadın isə ikinciləri seçmişdir.

7. Kişi necə cazibədar ola bilər? Birincilər dərhal italyan restoranına dəvət edirlər, ikincilər isə nömrəni alaraq mütləq yazacaqlarını deyirlər. İkincilər biraz daha kobud olurlar.

83% qadın daha sadə və qadına diqqət ayıran birinci tip kişiləri seçir, yalnız 17% qadın kobudluğu üstün tutub.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın