Home / İDMAN  / Ağırlıq yoxsa kardio: məşqləri nədən başlamaq lazımdır

Ağırlıq yoxsa kardio: məşqləri nədən başlamaq lazımdır

Əlbəttə, siz istədiyiniz kimi məşq edə bilərsiniz. Lakin əgər qanda testosteron ifrazını yüksəltmək istəyirsiniz isə bilməlisiniz. Testosteron - əsas kişi hormonu olub, orqanizmdə bir neçə funksiyaya cavabehlik daşıyır. Bunlar içində əzələ artımı da olmaqdadır. Testosteronsuz məşq

ağırlıq yoxsa kardio

Əlbəttə, siz istədiyiniz kimi məşq edə bilərsiniz. Lakin əgər qanda testosteron ifrazını yüksəltmək istəyirsiniz isə bilməlisiniz.

Testosteron – əsas kişi hormonu olub, orqanizmdə bir neçə funksiyaya cavabehlik daşıyır. Bunlar içində əzələ artımı da olmaqdadır. Testosteronsuz məşq edəsən ki, edəsən… Yəni, testosteron ifrazı nə qədər çox olsa, sizin əzələ artımınız bir o qədər effektiv olacaq.

Məşqə gedənləri maraqlandıran suallardan biri: “nədən başlayaq?” sualıdır. Bir çoxları ağırlıq məşqlərindən başlamağı məsləhət bilir və ardınca kardio. Guya bu zaman enerji israfı olmur və ağırlıq üçün sizdə daha çox güc qalır.

Sözügedən sual barəsində braziliyalı alimlər araşdırma aparıblar. Onlar könüllülərdən ibarət iki qrup yaradıblar:

Qrup №1

1. İlk öncə ağırlıq qaldıracaqlar.
2. Daha sonra kardio.

Qrup №2

1. İlk öncə kardio.
2. Daha sonra ağırlıq qaldırmaq.

Məşqlərin hər bir etapında qanda testosteronun səviyyəsi ölçülərək, müşahidələr aparılmışdır. Beləki, birinci qrupda testosteron səviyyəsi ilk əvvəl yüksək olsa da, kardio zamanı aşağı enməyə başlamışdır.

İkinci qrupda isə ilk etapda testosteron səviyyəsi az yüksəlsə də, artıq ağırlıq məşqlərində daha da sürətli şəkildə artmağa başlamışdır.

Nəticə

Bir çox bodibilderlər ümumiyyətlə kardionu sevmirlər. Siz də kardionu uyğun və rahat vaxtlar edə bilərsiniz. Lakin bilin ki, əzələ artımı üçün məşqdən öncə 10-15 dəqiqə qaçmaq məqsədəuyğundur.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın