Home / QİDA  / Yaxşı yuxu üçün beş içki

Yaxşı yuxu üçün beş içki

Yuxudan əvvəl kofe içmək olmaz, bunu siz bilirsiniz. Bəs nə içək ki, yuxumuz möhkəm və şirin olsun? Yuxusuzluq - əzələnin dağılmasına, əhvalın korlanmasına və piylənməyə səbəb olur. Yuxusuzluq ilə mübarizə aparın, aşağıdakı içkilər isə sizə kömək

yuxu üçün süd

Yuxudan əvvəl kofe içmək olmaz, bunu siz bilirsiniz. Bəs nə içək ki, yuxumuz möhkəm və şirin olsun?

Yuxusuzluq – əzələnin dağılmasına, əhvalın korlanmasına və piylənməyə səbəb olur. Yuxusuzluq ilə mübarizə aparın, aşağıdakı içkilər isə sizə kömək olacaq.

Süd

Onun tərkibində çoxlu triptofan (əvəzolunmaz aminoturşular) və kalsiy var. Bu maddələr yuxunu keyfiyyətini yüksəldir. Həmçinin tərkibində kazein var ki, bu zülal əzələ inkişafı üçün vacibdir. Siz yuxuda olarkən, əzələləriniz böyüyəcək. Süd için.

Üzüm şirəsi

Call Reports jurnalının araşdırması:

100% təbii üzüm şirəsi yuxu zamanı ağ piy qatını daha asan və tez bir zamanda “yandırır”. Buna səbəb onun tərkibindəki resveratrol antioksidantıdır. Bu antioksidant şərabda da olsa belə, şərab yuxusuzluğa səbəb ola bilir.

Çobanyastığı çayı

50-60 dərəcəyə qədər isti olan çobanyastığı çayı orqanizmi sakitləşdirir və yuxu gətirir. Bədəninizin istiliyini qaldıraraq, sizi yatmağa vadar edir.

Qatıq

Həzm üçün vacib bakteriyalar, vitamin və minerallar sizin orqanizminizi rahatlayacaq. Yaxşı olar ki, axşam yeməyindən sonra qatıq yeyilsin.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın