İsti aylarda pəncəkdə necə tərləməyək
Kürəyiniz ilə tər damcılarının axmasını istəmirsiniz isə aşağıdakı məsləhətlərimizə qulaq asa bilərsiniz. Pəncəyi çıxartmaq olmaz, amma çox istidi. Aşağıdakı 6 məsləhət sizin üçündür. Atletkaları unudun Etika normalarını pozaraq, altdan atletkanı (maykanı) geyinməməyə cəhd edin. Əgər yox bu mümkün
Kürəyiniz ilə tər damcılarının axmasını istəmirsiniz isə aşağıdakı məsləhətlərimizə qulaq asa bilərsiniz.
Pəncəyi çıxartmaq olmaz, amma çox istidi. Aşağıdakı 6 məsləhət sizin üçündür.
Atletkaları unudun
Etika normalarını pozaraq, altdan atletkanı (maykanı) geyinməməyə cəhd edin. Əgər yox bu mümkün deyilsə, xüsusi nəmi özünə çəkən atletkalar əldə edin.
“Xüsusi” pəncək
Yay üçün astarsız pəncəklər alın. Xırda detal kimi görünsə də, isti aylarda müsbət tərəfi üzə çıxır.
“Yun” materiala nə deyirsiniz?
Zarafatsız: yun pəncəkləri hətta yayda da geyinmək olar. Birincisi, onlar əzilmir, ikincisi, tərləməni azaldırlar. Əlbəttə burada söhbət qalın deyil, yüngül yun pəncəklərdən gedir.
Qalstuk ən sonda
İşə çatana kimi bir dəfədən çox tərləyib soyuya biləcəksiniz. Məsləhət: qalstuku artıq işə çatanda taxın. Belə yolda bir iki düymə açaraq, sərinləməyə və nəfəs almağa imkan tapa bilərsiniz.
Tumana yox
Alt paltarı seçərkən tuman tipli (ailə tumanları) olanlardan istifadə etməyin. Beləki, onlar son sapadək nəmlənəcəklər.
Dezodorant
Yayın istisində ağ köynəyinizdə sarı ləkələrin olmasını istəmirsiniz isə, dezodorant seçdiyiniz zaman, tərkibində alüminiumun olmamasına diqqət yetirin.