Home / SAĞLAMLIQ  / Böyrəklərə zərər verən vərdişlər

Böyrəklərə zərər verən vərdişlər

Böyrəklər bədənimizdə çox əhəmiyyətli organlardandır. Möhtəşəm və mürəkkəb bir təmizləmə mekanizmasıdılar. Yəni böyrəklərimizə yaxşı baxmalı və böyrək sağlamlığımızı qorumalıyıq. Buna görə böyrəklərimizə nələrin zərər verə biləcəyini bilməyimiz çox əhəmiyyətlidir. Bu məqalədə, böyrəklərə zərər verən vərdişlərin nələr

böyrək sağlamlığı

Böyrəklər bədənimizdə çox əhəmiyyətli organlardandır. Möhtəşəm və mürəkkəb bir təmizləmə mekanizmasıdılar. Yəni böyrəklərimizə yaxşı baxmalı və böyrək sağlamlığımızı qorumalıyıq.

Buna görə böyrəklərimizə nələrin zərər verə biləcəyini bilməyimiz çox əhəmiyyətlidir. Bu məqalədə, böyrəklərə zərər verən vərdişlərin nələr olduğunu öyrənə bilərsiniz.

1. Kifayət qədər su içməmək.

Bunu onsuz da bilirsiniz,amma özünüzə bu sualı verin: ümumiyyətlə gündə neçə stəkan su içirəm? Böyrəkləriniz kafi miqdarda su almadıqda, uzun müddətli böyrək xəstəliklərinə yol aça biləcəyini unutmamalısınız. Böyrəklərin əsas funksiyası, metabolik tullantıları bədəndən ataraq bədəndəki qırmızı qan hüceyrələrinin sayını tənzimləməkdir. Əgər bunu etməsəniz, yəni kifayət qədər su içməsəniz, böyrəklərdə qan axışı yavaşlayar və qanınızda toksinlər yığılar.

2. Sidik tutmaq.

Sırf nəyləsə məşğul olduğumuz üçün sidiyimizi tutmaq: hamımız bunu bir dəfə olsa belə etmişik. Bədəniniz sizə tualetə getmə ehtiyacınız lazım olduğunu bildirərkən, sidiyinizi nə qədər tutursunuz? Bir saat? İki saat? Sidik kisəsinin uzun bir müddət sidik ilə dolu olması, sidik yollarınızda hipertrofi, hidronefroz (böyrəklərdəki sidik təzyiqində artım) kimi fəsadlar, ya da digər xəstəliklər meydana gətirə bilər. Bunu əsla unutmayın.

3. Yalnış qidalanma vərdişləri.

3.1 Normadan artıq natrium istehlakı.

Bildiyiniz kimi, əsas natrium qaynağı duzdur. Yaxşı, bəs niyə bu qədər zərərlidir? İlk növbədə böyrəklərimizin daha çox zərərinə yol açar. Böyrəklərin, ifrazat yolu ilə natriumu bədəndən atması lazımdır, bu da böyrəklər üçün stressə səbəb olur. Buna görə yeməklərinizdəki duzu azaltmalı, hətta heç istifadə etməməlisiniz.

3.2 Normadan artıq heyvani zülal istifadə etmək.

Heyvani zülallar və yüksək miqdarda yağ ehtiva edən bütün qidalar, böyrəkləriniz üçün çox zərərlidir. Bu qidalar böyrəklərin vəzifəsini getdikcə daha da çətinləşdirər və çıxardıqları qanı düzgün bir şəkildə təmizləməsinin qarşısını alırlar. Heyvan zülalları daha az istehlak etməyə və ya bu zülallar yerinə mümkün qədər bitki mənşəli zülallar qəbul etməyə çalışın.

3.3 Qazlı içkilər.

Qazlı içkilər böyrək sağlamlığı üçün çox zərərlidir və təəssüf ki, çox insan, xüsusilə də gənclər tərəfindən daha çox qəbul edilməkdədir. Bu içkiləri daha az qəbul etməyinizi, ya da heç istifadə etməməyinizi tövsiyə edirik. Bu içkilər, uzun vəd edən xroniki böyrək çatışmazlığına və böyrək daşı meydana gəlməsinə gətirib çıxarır.

3.4 Tütün məhsullarından və spirtdən uzaq durum.

Spirt və tütün məhsulları bədəniniz üçün toksin yığınıdır. Böyrək xəstəliklərinə yol açan və böyrəklərin işinə mane olan təhlükəli maddələrdir. Bu maddələrdən mümkün olduqca istifadə etməməyə çalışın. Yüksək təzyiq və ya şəkər xəstəsisiniz isə, bu maddələrdən qətiliklə uzaq durun.

3.5 Genetik quruluşu dəyişdirilmiş qidalardan uzaq durun.

Sizin də bildiyiniz kimi hər zaman yediyimiz məhsulların hardan gəldiyini bilmirik: transgenik qarğıdalı, laboratoriyalarda çıxarılan meyvə və tərəvəzlər, daha sürətli böyüməsi üçün genetik quruluşu dəyişdirilmiş yeməklərlə qidalanan heyvanların təbii olmayan ətləri … Bunlar bəzən heç diqqət etmədiyimiz qorxunc şeylərdir və böyrəklərimiz üçün çox zərərlidir. Hər zaman üzvi, təbii, sağlam, necə hazırlandığını bildiyiniz və sizə zərər verməyəcək qidalar almağa çalışın.

4. Yüksək qan təzyiqi.

Hiper təzyiqin, böyrək funksiyaları üçün çox diqqətə çarpan zərərləri vardır. Qan böyrəklərdən müəyyən bir şəkildə keçər, toksinlər köhnəsi kimi bədəndən atılmaz, böyrəklər yavaş-yavaş kiçilər və ciddi bir böyrək xəstəliyi ortaya çıxar. Qan təzyiqini tarazlıqda tutmaq üçün nizamlı olaraq ölçmək çətin bir şey deyil. Həkiminiz də bu testləri tez-tez etməlidir.

5. Dərmandan istifadə.

Dərmanların içində böyrəklərə ciddi şəkildə zərər verən maddələr olduğu üçün, mümkün qədər az dərman istifadə etməlisiniz. Bu maddələr böyrəklərin funksiyalarını dəyişə bilər. Dərmanları zövq üçün deyil, ehtiyacımız olduğu üçün alırıq. Bu olduqca müzakirə olunacaq bir mövzudur, amma böyrəklərə daha az zərər verən dərmanlar da mövcuddur. Buna görə, həkiminiz bu dərmanlara nəzarət etməlidir.

6. Hərəkətsiz bir həyat tərzi.

Gündə neçə saat hərəkətli olursunuz? Bu daim nəzarət edilməli mövzudur: hərəkətsiz bir həyat tərzi yalnız böyrək sağlamlığınızı deyil, eyni zamanda siz fərqində olmadan bədəninizin bir çox təməl funksiyasına da təsir edir. Fiziki fəaliyyət əksikliyi bir çox böyrək xəstəliyinə gətirib çıxarar. Məsələn, axşam gəzintiyə çıxa bilər və ya velosiped sürməyi öyrənə bilərsiniz. Bir yoldaşınız, ya da qohumunuzla idman etsəniz sizin üçün çox daha asan olacaq. Bunun üçün böyrəkləriniz qətiliklə sizə minnətdar olacaq. Yanınızda bir şüşə su götürməyi də unutmayın.

* Həyat tərzinizi və qidalanma vərdişlərini mümkün qədər düzəltməyə çalışın. Qidalanma vərdişinizdə edəcəyiniz kiçik bir dəyişiklik böyrək sağlamlığınız baxımından çox müsbət nəticələr verə bilər. Su için, duzdan, çox yağlı və şəkərli yeməklərdən uzaq durun … Və ən əhəmiyyətlisi, nizamlı müayinələrinizi etdirmək üçün həkiminizlə əlaqə saxlayın.(drseymur.az)

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın