Bahalı və ya ucuz prezervativ: fərqi nədir?
İlk növbədə fərq qiymətdədir. Lakin qiymətdən basqa digər fərqliliklər mövcuddur. Bəs, israf etmək lazımdırmı? Prezervativ müasir həyatda vacib və hətta lazımlı şeydi. Bugün prezervativlər istənilən müxtəlifliyə malikdirlər. Qiymətləri də 5 manatdan və yuxarı kimi dəyişir. Bəs,
İlk növbədə fərq qiymətdədir. Lakin qiymətdən basqa digər fərqliliklər mövcuddur. Bəs, israf etmək lazımdırmı?
Prezervativ müasir həyatda vacib və hətta lazımlı şeydi. Bugün prezervativlər istənilən müxtəlifliyə malikdirlər. Qiymətləri də 5 manatdan və yuxarı kimi dəyişir. Bəs, bunlar arasında nə kimi fərq var?
Sürtkü maddəsi
Bahalı prezervativlər sürtkü maddələri ilə bol olurlar. Bu əlbəttə lubrikant istifadəsini lazımsız edir və bir çox hallarda praktiklik təşkil edir.
Qoxu
Sürtkü maddələr istər istəməz müəyyən pis iyə malik olurlar (aromalaşmışlar çıxmaq şərti ilə). Və əgər siz ucuz prezervativ alsanız, əmin ola bilərsiniz ki, yarana biləcək iylər heç də seksual olmayacaq.
Qalınlıq
Bəli, biz razıyıq prezervativ ilə seks onsuz olan seksin yerini heç bir zaman vermir. Bu səbəbdən hər zaman prezervativ taxtığımızda “maksimum hisslərə” ümid edirik. Bunu isə yalnız ultranazik prezervativlər təmin edə bilər (qalınlığı – 0,01 mm/0,03 mm). Belə prezervativlər isə ucuz olmur.
Davamlılıq
Bahalı prezervativ = davamlı prezervativ. Yəni bu prezervativlər sizi gözlənilmədən ata olmaqdan 100% qoruyur. Hətta siz kobud və vəhşi seks ilə məşğul olsanız belə, onlar cırılmayacaq.
Fabrika defekti
Bahalı prezervativlər daim xüsusi lazer avadanlıqları ilə defektin olub olmamasına görə yoxlanılırlar. Ucuz prezervativlərdə bu yoxlanışın olması fakt deyil.