Home / İDMAN  / Boksda zərbələr və növləri

Boksda zərbələr və növləri

Boksda zərbələr müxtəlif ola bilər, lakin onlar əsas beş zərbənin formalarıdır: ceb, kross, huk, svinq və apperkot. İDOL.AZ sizlərə bu zərbələrin xüsusiyyətlərini və yerinə yetirmə qaydalarını təqdim edir. Ön əl ilə düz zərbə - CEB Zərbənin texnikası:

boksda zərbələr

Boksda zərbələr müxtəlif ola bilər, lakin onlar əsas beş zərbənin formalarıdır: ceb, kross, huk, svinq və apperkot. İDOL.AZ sizlərə bu zərbələrin xüsusiyyətlərini və yerinə yetirmə qaydalarını təqdim edir.

Ön əl ilə düz zərbə – CEB

ceb

Zərbənin texnikası: Cebsiz boksçu – boksçu deyil. Bu boksda ən çox yayılmış zərbədir. Boksçu zərbəni ön əli ilə rəqibin başı və ya korpusuna yerinə yetirir. Zərbə zamanı qol tam açılır (2), yumruq yerə paralel saxlanılır (3). Hücum zamanı irəli addım ataraq, zərbənin gücünü artırmaq məsləhətdir. Digər əl gözlənilməz zərbələrdən qoruyur (1).

Müsbət və mənfi cəhətlər: Cebin gücü çox olmasa da, rəqibi daim təzyiq altında saxlayır. Bu zərbə ilə bir hücum başlanılır. Ceb həmçinin müdafiə zamanı istifadə edilərək, rəqibi uzaq saxlamağa kömək edir.

Arxa əl ilə zərbə – KROSS

kross

Zərbənin texnikası: Arxa əl sürətli və daha güclü şəkildə rəqibin əli üzərindən baş və korpus nahiyəsinə zərbə yetirir. Boksçu irəli addım ataraq bütün çəkisini onun üzərinə keçirdir. Korpusa zərbə yetirilən zaman dizləri qırmaq lazımdır ki, çiyin nişan ilə eyni səviyyədə olsun.

Müsbət və mənfi cəhətlər: Kross digər yan zərbələrdən daha dəqiqdir. Hücum edən üçün daha təhlükəsiz hesab edilir, müdafiə vəziyyətinə tez bir zamanda qayıtmaq mümkündür. Lakin kross zərbəsi çoxlu işlənməlidir.

Qatlanmış əl ilə yan zərbə – HUK

huk

Zərbənin texnikası: Huk – boksda əsas yan zərbədir, onu yalnız yaxın və orta boksda istifadə edirlər. Zərbə yerinə yetirən çiyin arxaya gedir sonra ani olaraq bütün korpus dönür (3), yığılmış əl isə (2) baş və ya korpus nahiyəsinə zərbə yetirir. Əyilmə, əlbəttə burada zərbənin gücünü yüksəldir. Müdafiəni də unutmaq olmaz (1).

Müsbət və mənfi cəhətləri: Araşdırmalara görə ən massiv zərbədir. Qarın əzələlərin möhkəm olması huk’un nə qədər güclü olması ilə düz mütənasibdir. Güc və sürət huk zərbəsinin əsas amilləridir. Adətən gözlənilməz olur. Zərbədən sonra müdafiə açıq qoyulmamalıdır.

Düz əl ilə sürətli zərbə – SVİNQ

svinq

Zərbənin texnikası: Zərbə yerinə yetirin əl arxaya gedir və irəli düzəlir (2). Ardınca korpus çevrilir (4) və baş aşağı gedir (3), bu zaman əl ilə zərbə rəqibin başına yerinə yetirilir (1).

Müsbət və mənfi cəhətləri: Zərbədən öncə əl məsafə keçdiyi üçün gücü də artır. Lakin zərbə vaxt tələb edir və bu zaman rəqib müdafiə qura bilir. Adətən svinq zərbələr çarəsizlikdən yerinə yetirilsə də, effektli görsənir.

Aşağıdan zərbə – APPERKOT

apperkot

Zərbənin texnikası: Apperkot rəqibin boşluğundan istifadə edərək, əllərinin arasından rəqibə yerinə yetirilir. Yumruğun iç hissəsi zərbə yetirənə baxır və zərbə altdan yuxarı gedir. Klassik apperkot ön əl ilə çiyin çevrilməsi ilə yerinə yetirilir və hücumda olanın çəkisi ayağa keçirilir. Uzun apperkot (arxa əl ilə) arxa ayağın önə addım atılması ilə yerinə yetirilir və bütün çəki onun üzərinə keçir. Əl dirsək nahiyəsində 90 dərəcə əyilmiş olur. Zərbə çənə və çənə altına yerinə yetirilir.

Müsbət və mənfi cəhətləri: Zərbə güclü olduğundan rəqibin hazırlanması çox çətindir və əksər hallarda rəqib üçün gözlənilməzdir. Apperkot yalnız yaxın boksda istifadə edilir. Hücum edənin müdafiəsiz qaldığını nəzərdə tutsaq, zərbəni rəqib tam tarazlıqdan çıxartdıqdan sonra yerinə yetirilməlidir.

Lakin boksda texnika deyil, zərbənin zamanı vacibdir. Vaxtında yerinə yetirlmiş zərbə nəticə gətirir. Yəni, texnika və sürətlə yanaşı vaxtında düşünülmüş zərbələrin yerinə yetirmək qabiliyyəti vacibdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın