Güc və testosteron: saqqalın 7 müsbət tərəfi
Səmanı ulduzlar, qadınları saç düzümü, kişiləri isə saqqal bəzəyir. Saqqal - hər bir kişi üçün "must have" rolunu oynayır. Saqqal = güc Gür saqqal kişidə testosteronun lazımı səviyyədə olmasına işarətdir. Bu kişilər sağlamdır, güclüdür və mükəmməl potensiyaya
Səmanı ulduzlar, qadınları saç düzümü, kişiləri isə saqqal bəzəyir. Saqqal – hər bir kişi üçün “must have” rolunu oynayır.
Saqqal = güc
Gür saqqal kişidə testosteronun lazımı səviyyədə olmasına işarətdir. Bu kişilər sağlamdır, güclüdür və mükəmməl potensiyaya malikdirlər.
Saqqal = davada yardımcı
Üzünüzə zərbə gələ bilər? Saqqal saxlayın: zərbə və alacağınız zədələri yumuşaldır. Üstəlik saqqal ilə daha güclü görkəmə sahib olacaqsınız. Bir çox dələduzlar gür saqqallı kişilərdən çəkinirlər.
Dəbli görkəm
Saqqal saxlayacaqsınız – daha dəbli görkəmə, cazibədar və özünə əmin görkəmə sahib olacaqsınız. Qadınlar da belələrini sevir.
Saqqal = kreativlik
Bir çox proqressiv, kreativ və azadlığı sevən kişilər saqqallı olub və olmaqdadırlar. Misal olaraq: Karl Marks, Ernesto Çe Gevara, Fidel Kastro və sair
Saqqal = isti
Pis hava, soyuq və ya yandırıcı günəş – sizin üzünüz saqqal ilə tam təhlükəsizlikdədir.
Saqqal = çatışmamazlıqların görsənməməsi
Əgər təbiət sizin üzünüzü gözəl yaratmayıbsa, saqqal saxlayın və çatışmamazlıq, defektləri gizlədin.