Home / BİZNES  / Əsl kişinin 8 qaydası

Əsl kişinin 8 qaydası

Əsl kişi xarakterindən danışırıq. Hər kəs öz fikir və məqsədlərində fərqli ola bilər, lakin bizləri aşağıdakı səkkiz qayda birləşdirməlidir. №1. Məqsəd Əsl kişi daim nəyə doğru getməli olduğunu bilir. Onun məqsədi var və ona nail olmağın yollarını

əsl kişi

Əsl kişi xarakterindən danışırıq. Hər kəs öz fikir və məqsədlərində fərqli ola bilər, lakin bizləri aşağıdakı səkkiz qayda birləşdirməlidir.

№1. Məqsəd
Əsl kişi daim nəyə doğru getməli olduğunu bilir. Onun məqsədi var və ona nail olmağın yollarını bilir. O, lazımsız işlərə vaxt ayırmır, maddi stabilliyin, ailə və sevdiyi işinin olmasının lazımlılığının fərqindədir.

№2. Söz = iş
Qısası “Kişi Sözü” kəlməsinin mənasını başa düşür. Belə kişilər yalnız fiziki güclü olanlar deyil. Onlar güclü iradəyə sahibdir, heç bir zaman şikayət etmirlər və atdığı addımlardan şübhələnmir. Səhvini boynuna almaqdan qaçınmır, gərarlar qəbul edən də onlara riayət edir və lazım gəlincə məqsədə gedən yolda dəyişikliklər etməyi bacarır. Çox danışmır, təmkinlidir. Özünə və ailəsinə görə cavabdehlik daşıyır.

№3. Yaxınlara münasibət
Əsl kişi daim qohum və yaxınlarının maraqlarını qoruyur. Onun ailəsi – yalnız həyat yoldaşı və övladları deyil, həmçinin valideyinləri, qardaş və bacılarıdır. Onlar daim ona inanır və güvənirlər.

№4. Söz söhbətə yox
O heç bir zaman ortaya söz atmır. Lovğalanmır və boş boş danışmır. Masa kənarında söz demir və tanımadığı insanları qiymətləndirmir.

№5. Vədlər
Əsl kişi daim verdiyi vədləri yerinə yetirir. Artıq danışmır və ağzından söz alınmasına imkan vermir. Kömək edə bilməyəcəyi məsələdə vəd vermir. Şərəf onun üçün pul və zamandan dəyərlidir.

№6. Аdı sanı
O hər kəsin idoludur, bunu istəməsə belə. Uşaqlar ona oxşamaq istəyir, iş yerində adı sanı sarsılmazdır. Bununla belə, hər yerdə öz üstünlüyünü ortaya qoymur, əksinə hərəkətləri ilə örnək olur.

№7. Pul
Əsl kişi pulunu elə xərcləyir ki, onun miqdarı daim artır. O, borca pul istəmir və daim özü qazanır.

№8. Görkəm
Həmişə baxımlıdır, səligəlidir və ciddidir. Bununla belə, heç də özündən razı deyil. Dostcasına davranır və insanlar üçün fəth edə bilinməyəcək qala deyil. Onun özünə əminliyi və gərarlılığı pozitiv insaları cəlb edir və bu da ona həyat yolunda daim kömək olur.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın