Home / İDMAN  / Neofitnesçilər məşqə nə ilə başlamalıdırlar

Neofitnesçilər məşqə nə ilə başlamalıdırlar

Artıq yaz başlayıb və yaya az qalıb? Siz daha düzgün və əzələli bədən quruluşuna sahib olmaq istəyirsiniz? O zaman, məşqə başlamadan öncə bizim məsləhətlərə göz gəzdirin. 1. Məşq məqsədinizi dəqiqləşdirin Əsasən insanlar məşq zallarına üz tuturlar: *bir başqa

neofitnesçilər


Artıq yaz başlayıb və yaya az qalıb? Siz daha düzgün və əzələli bədən quruluşuna sahib olmaq istəyirsiniz? O zaman, məşqə başlamadan öncə bizim məsləhətlərə göz gəzdirin.

1. Məşq məqsədinizi dəqiqləşdirin
Əsasən insanlar məşq zallarına üz tuturlar:
*bir başqa idman növündə göstəricilərini artırmaq üçün;
*gündəlik həyatda güclü və dözümlü olmaq üçün;
*sağlamlığı möhkəmləndirmək üçün;
*çəki alıb və ya arıqlamaq üçün;
*cazibədar bədən quruluşuna sahib olmaq üçün;
*zədədən sonra bərpaolunma hərəkətlərini yerinə yetirmək üçün.

Qoyulan məqsəddən asılı olaraq məşq proqramı seçin və bunun üçün mütləq ixtisaslı məşqçiyə müraciət edin.

2. Bədən quruluşunuza hakim olun
Bu sizlərə vaxt itirməkdən və gələcəkdə ruhdan düşməkdən qoruyacaq. Bildiyiniz kimi, üç tip bədən quruluşu var:

Ektomorf: qısa bədən, uzun əl-ayaq. Piy qalıqları az, dar sinə və çiyin əzələləri, əzələlər adətən uzun və nazik olur.

Mezomorf: enli sinə, uzun bədən, möhkəm əzələ strukturası, böyük əzələ kütləsi.

Endomorf: yumuşaq əzələ, yumru sifət, qısa boyun, enli budlar, hissolunan səviyyədə piy qalıqları.

Endomorf kimi məşq edən ektomorf ağər çəkilər səbəbi ilə zədə ala bilər və inkişafını yavaşlada bilər. Mezomorf kimi məşq edən endomorf isə əzələ kütləsini artırsa da, daim piy problemləri ilə üz-üzə olacaq.

3. Fiziki vəziyyətiniz barədə həkimlə məsləhətləşin
Məşqlərə başlamazdan əvvəl, orqanizminizin imkanlarını öyrənin. Siz əmin olmalısınız ki, orqanizminiz tam sağlamdır. Məsələn, əgər müayinənin nəticəsində böyrəklərinizin fəaliyyətində nöqsanlar çıxıbsa, əzələ artımı üçün vacib olan zülal qəbulu sizin üçün təhlükəli ola bilər.

4. Bədəninizi ölçün
Məşqlərdən öncə bədəninizin şəklini çəkin və antropometrik göstəricilərinizi (sinə, boyun, biseps, bud, bel, baldır, bilək), boy və çəkinizi qeyd edin. Beləliklə, inkişaf mərhələlərinizi izləyə bilərsiniz. Bilin ki, əzələ artımında böyük rol genetika oynayır. Məhz genetika sizin bədən quruluşunuzun necə inkişaf edəcəyini diktə edəcək. Kimsə 2-3 ilə istədiyinə nail ola biləcəksə də, bəziləri illərlə istədikləri nəticələri görməyəcəklər və bunun günahın heç də məşqçidə olmayacaq.

5. Məşq zalını seçin
Həkimdən müsbət nəticə əldə etdikdən sonra trenajor zalı seçməlisiniz. Düzdü, evdə də məşq etmək olar, lakin bir çoxları evdə məşq etmək üçün yetərincə motivasiyaya sahib deyillər, üstəlik yoldaşın olmaması, məşqlərinizin effektivliyi üçün mənfi haldı.

6. Məşqə dostlarınız ilə gedin
Məşqdə yaxşı dost hər kəsə lazımdır. Dostun yeni başlayan və ya artıq məşq edən olması vacib deyil. Dost daim sizi dəstəkləməli və məşqlərdə kömək etməlidir. Dostla məşqlər daha maraqlı olur.

7. Trenajor zalında musiqi məşqlərin effektivliyini artıracaq
Məşqlər darıxdırıcı abu-havada keçəndə, ondan zövq almaq olmur. Musiqi böyük çəkilərə və ağır məşqlərə motivasiya olur.

8. Uğura aparan yol iradə və məqsədyönlülükdən keçir
İradənin gücünün hesabına bir çox maneələri keçmək olar. İnsan zəka və daxili məqsədyönlülüyünün köməyi ilə bədənini inanılmaz ölçülərə çatdıra bilər. Bodibildinq yalnız ağırlıq qaldırma deyil, bu məqsədə gedən yolda daxili gücdür.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın