Home / GÖRKƏM  / 2018 Yay parçası: kətan və onunla bağlı bilməli olduqlarınız

2018 Yay parçası: kətan və onunla bağlı bilməli olduqlarınız

Bahalı kətan geyimini alıb, sonra onu ütü ilə yandırmaq, sizə heç də xoş gəlməyəcək. Lakin siz onu ütü vurmadan nəmləndirməyi bilsəz, belə pis təsadüflər ilə üzləşmərsiniz. 1. İsti havaların parçası Bu parça isti havalarda bədənin qızmasına icazə

kətan

Bahalı kətan geyimini alıb, sonra onu ütü ilə yandırmaq, sizə heç də xoş gəlməyəcək. Lakin siz onu ütü vurmadan nəmləndirməyi bilsəz, belə pis təsadüflər ilə üzləşmərsiniz.

1. İsti havaların parçası
Bu parça isti havalarda bədənin qızmasına icazə vermir, sərin saxlayır. Üstəlik keyfiyyətli kətan parça nəmi tez özünə çəkir, tez də quruyur.

2. Kətan əzilir
Əgər əzik-əzik gəzməyi sevmirsiniz isə, pambıq qarışıqlı kətan geyimlərinə üstünlük verin. Belə geyimlər sərin saxlamaqla yanaşı, təmiz kətan kimi əzilmirlər.

3. Doğru ütü
Yuxarıda qeyd etdiyimiz kimi, parçanı zədələməmək üçün, ütüdən öncə onu nəmləndirin.

4. Kətan yalnız köynək olmur
Şalvar, pəncək, şort… Əsas o dur ki, üstündə ornamentlər olmasın. Bir rəng kətan geyimlərə üstünlük verin.

5. Necə geyinək?
Mavi kətan köynək ilə, ağ kətan şort. Bu smart-casual deyilən məşhur görkəmdir. Kətan pencək həvəskarları, altdan polo-shirt’lərdən istifadə edə bilərlər.

6. Parlaq rəngli kətan kostyumlar
Bunun üçün böyük cəsarət lazımdır. Ən azından maşınınız olmalı və dərinizin rəngi bronz ilə parlamalıdır.

7. Qulluq
Olduqca davamlı parçadır. Üzərindəki təlimatı oxuyun, adətən heç bir məhdudiyyətlər qoyulmur. Rahatlıqla paltaryuyana ata bilərsiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın