Home / İDMAN  / Zədə ilə məşq etmək olarmı?

Zədə ilə məşq etmək olarmı?

Bəzən, gözlənilməyən burxulmalar və çıxmalar idmandan həftələrlə uzaqlaşmağa səbəb ola bilir. Bəs, məşqləri kəsməsək? Məşq prinsiplərinin əsaslarından biri: "Zədə ilə məşq etmək olmaz!". Lakin elə olur ki, məşqdən uzaqlaşmaq istənilmir. Zədəni qoruyaraq, məşq etmək olarmı? Bunu

zədə ilə məşq

Bəzən, gözlənilməyən burxulmalar və çıxmalar idmandan həftələrlə uzaqlaşmağa səbəb ola bilir. Bəs, məşqləri kəsməsək?

Məşq prinsiplərinin əsaslarından biri: “Zədə ilə məşq etmək olmaz!”. Lakin elə olur ki, məşqdən uzaqlaşmaq istənilmir. Zədəni qoruyaraq, məşq etmək olarmı? Bunu necə etmək olar?

Məşqlərinizi modernləşdirin
Eyni əzələ qrupunu fərqli yollarla işləmək olar. Məsələn, siz çiyninizdən zədə almısınız. Adi çiyin jimlərini yerinə yetirmək çətindir – daim ağrı hiss edirsiniz? Daha dar tutuşla və tərs əllə jim etməyi sınayın. Ağrı azaldı? Bəli, hər hərəkəti dəyişmək olmur, lakin sınamaq olar. Z-qriflər, məsələn, biseps zədələrində kömək ola bilər. Fərqli tutuşlar sayəsində zədələnmiş əzələnin çalışdırılmamasına nail olmaq olar.

Xaş yeyin
Bu zarafat deyil. İstənilən travmotoloq bu yeməyin zədələrə olan xeyirini təsdiqləyə bilər. Oynaqları möhkəmləndirir, zədəni profilaktika edir. Həmçinin jele qəbulu da olduqca xeyirlidir.

Mualicəvi idmanla məşğul olun
Əgər zədəniz ciddidirsə, dərhal zala qaçmayın. İlk həftələrdə mualicəvi idmanla məşğul olmağa çalışın. Məşqçi-ortoped sizi, zədənizi dərinləşdirmədən, düzgün yönləndirəcək. Eyni zamanda məşqlər davam etmiş olacaq!

Məşq proqramınıza düzəlişlər edin
Zədəni bərpa etdiyiniz müddətdə zədələnmiş əzələ kütləsinə olan məşq hərəkətlərini proqramdan çxartmaq olar. Ayaqlarınızı məşq etdirin, presə işləyin və sair.

Əzələlərinizi gərildin (streçinq)
Kiçik zədələri streçinq edərək, sağalda bilərsiniz. Bu hərəkətlərdən sonra əzələni kiçik çəkilər ilə işlədə də bilərsiniz. Lakin ehtiyatlı olmaq mütləqdir.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın