Home / GÖRKƏM  / Topsayderlər: nə ilə geyinmək

Topsayderlər: nə ilə geyinmək

Bir zamanlar Pol Sperrinin yaxta göyərtəsində sürüşməyən altlı ayaqqabı icad etməsi, bugün kişi qarderobunun ayrılmaz bir elementinə çevrilib. Lakin topsayderləri kişilər yalnız müəyyən kombinlərdə geyinə bilərlər. Bunun üçün ilk öncə topsayderlərin nədən hazırlandığını və hansı hissələrdən

topsayder

Bir zamanlar Pol Sperrinin yaxta göyərtəsində sürüşməyən altlı ayaqqabı icad etməsi, bugün kişi qarderobunun ayrılmaz bir elementinə çevrilib.

Lakin topsayderləri kişilər yalnız müəyyən kombinlərdə geyinə bilərlər. Bunun üçün ilk öncə topsayderlərin nədən hazırlandığını və hansı hissələrdən ibarət olduqlarını bilmək lazımdır. Klassik topsayderlər təbii dəridən və düm ağ alt hissədən ibarət olurlar. Ayaqqabı altının ağ olması yaxta göyərtəsinin çirklənməməsi üçün vacibdir. Makasinə bənzəyən topsayderlər, ip bağları ilə onlardan fərqlənirlər. Bağlar kənarlardan keçərək ayağınızın üstündə bərkidililir.

Topsayderlər yumuşaq dəridən əllə tikilir. Lakin zamşa, dəri əvəzləyicisi və tekstildən (parça) də istifadə edilir.

Bəs nə ilə kombinə edək? BU ayaqqabıları Casual və Smart Casual geyimləri ilə geyinmək olar. Onlar: cins, çinos, şort, bridc kimi geyimlər ilə geyinilə bilər.

Uzun şalvarların ətəyi biraz dar olmalı. Ayağınızın topuğu görsənmək şərti ilə, şalvar ətəyi qatlanmalıdır. Əvvəl corabsız geyinilən topsayderlər, indilərdə isə rəngli və ya şalvar rəngində corablar da istifadə edilir. Görsənməz corablar isə ən yaxşı həll hesab oluna bilər.

Bu ayaqqabıları gəzintidə, dost görüşlərində, kino və kafelərə geyinə bilərsiniz.

info@idol.az

Qiymətləndir
İlk şərh yazan siz olun

Şərh yazın